"Azadlıq radiosu"ndan Azərbaycana qarşı növbəti qərəz - ABŞ terrorçuları müdafiə edir

ABŞ Konqresinin maliyyələşdirdiyi, əsas fəaliyyəti Cənubi Qafqaz və Şərq ölkələrində süni insidentlər yaratmağa hesablanan "Azadlıq radiosu"nun erməni xidməti növbəti dəfə Azərbaycan ərazi suverenliyinin əleyhinə qərəzli reportaj hazırlayıb. Reportajda bildirilir ki, ermənilərin Qarabağda səngər qazmasının, hərbi obyektlər salmasının qarşısını almaq məqsədilə Azərbaycan səsgücləndiricilər vasitəsilə onlara müraciət edib və bu, onlarda qorxu yaradıb. Eyni zamanda, Azərbaycan torpaqlarında azan oxunması ermənilərdə narahatlıq yaradıb.
Reportajın əvvəlində açıq şəkildə deyilir: "Bu tədbirlərin Qarabağdakı erməni yaşayış məskənində doğurduğu reaksiya barədə "Azadlıq radiosu"nun erməni xidmətinin hazırladığı reportajı təqdim edirik".
Əvvəla, reportajı radionun erməni xidməti hazırladığına görə, orada heç bir doğru-dürüst, qərəzsiz məlumatlardan söhbət belə gedə bilməz. Bu reportajda da ermənilər "məzlum", "günahsız" və "qurban" kimi təqdim edilir. Hazırda erməniərin də yaşadığı torpaqlar Azərbaycanın suveren ərazisidir, gec-tez həmin ərazilərdə də ölkə qanunlarının işləyəcəyi heç bir şübhə doğurmur. Ermənilərin Azərbaycan torpaqlarında səngər qazması, silahlı birləşmələr üçün hərbi sığınacaqlar, obyektlər salması onların qisasçı niyyətlərindən xəbər verir. Belə olan halda, Azərbaycan tərəfinin sivil müraciəti heç bir təəccüb yarada bilməz. "Azadlıq radiosu"nun sahibi ABŞ da başda olmaqla, bütün Qərb ölkələri zaman-zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqe sərgiləyiblər.
İkincisi, ermənilər bu səngərləri məhz Rusiya sülhməramlılarının olduğu ərazilərdə qazırlar. Reportajda Qarabağdakı erməni rejimin nümayəndəsi Hunan Tatevosyan deyir: "İndi polis əməkdaşları səngərdədirlər. Rrus sülhməramlılar azərbaycanlılarla danışığa girərək bu təxribata son qoymalarını tələb edirlər".
Göründüyü kimi, H.Tatevosyan səngərlərin qazıldığını, hazırda ermənilərin orada olduğunu etiraf edir. Amma Azərbaycan heç bir təxribat törətmir ki, rus sülhməramlıları azərbaycanlılarla danışıq aparsın. Bütün təxribatları ermənilər məhz elə rus sülhməramlıların himayəçiliyi altında həyata keçirirlər. Əgər hər hansı təxribatın qarşısını almaqdan söhbət gedirsə, ilk növbədə ermənilərin təxribatlarının – hərbi obyektlər hazırlamasının qarşısı alınmalıdır.
"Azadlıq radiosu"nun bu mövqeyi təəccüblü deyil, çünki Qərbin əsas böhtan ruprlarından olan bu radio zaman-zaman Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin və ərazi suvrenliyinin əlayehinə materiallar hazırlayıb. Azərbaycan daxili işlərinə qanunsuz müdaxilə radionun ənənəvi mahiyyəti ifadə edir.
Diqqət çəkən məqam odur ki, "Azadlıq radiosu" məhz ən həssas məqamlarda Azərbaycanı hədəf seçir.  İstənilən rakursdan yanaşanda (hüquqi, siyasi, mənəvi) "Azadlıq radiosu"nun ölkəmizdəki qeyri-qanunidir və bu, Azərbaycan qanunları ilə hüquqi məsuliyyət yaradır.
Ən acınaqlısı odur ki, "Azadlıq radiosu"nun erməni mənafeyinə xidmət edən reportajını özlərini "jurnalist" adlandıran bizim marginal qrupların üzvləri, antimilli qüvvələrin təmsilçiləri də sosial şəbəkələrdə bəh-bəhlə paylaşırlar. Maraqlıdır ki, Azərbaycan cəmiyyəti də belələrinə qarşı heç bir milli həssaslıq nümayiş etdirmir. Əgər bu hadisə Ermənistanda olsaydı, şəksiz, erməni cəmiyyəti öz jurnalistlərini linç edərək onları ən ağır tədbirlərlə tənbeh edərdilər.
Bundan başqa, "Azadlıq radiosu"nun Azərbaycan xidmət ölkə telekanallarını "Rusiyanın mövqeyini təbliğ etməkdə" günahlandırır. Heç şübhəsiz, "Azadlıq radiosu"nun indiki məqamda Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməsi ABŞ-ın və Qərbin bəzi dairələrinin təzyiqi kimi qiymətləndirilməlidir.
Hazırda Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan tutduğu praqmatik mövqe ABŞ-ı qıcıqlandırmaya bilməz. Amma hər kəs anlamalıdır ki, Azərbaycanın mövqeyi milli hədəflərə və sabitliyə hesablanıb. Ölkəmiz heç bir hərbi ittifaqda təmsil olunmur, çoxvektorlu siyasi addımlarla öz sabit mövqeyini qorumağa çalışan Azərbaycanın ədalətli mövqeyi çoxlarını qane etmir. Bundan sonra da belə olacaq.
Azərbaycan Ukraynaya ən böyük dəstəyi humanitar yardımlar şəklində ola bilərdi. Təcili yardım və yanğınsöndürən maşınlara benzinlə təmin edilməsini də Azərbaycan həyata keçirir. Azərbaycan rəsmi olaraq, ümumilikdə Ukraynaya 11 milyon manatlıq (6,5 milyon dollar), 24 ton humanitar yardım göndərib. Məsələ bu konteksdə də yanaşmaq lazımdır: Azərbaycanın Ukraynaya dəstəyi sülhə, insanların sağlamlıqlarına qovuşmasına xidmət edir. Bəs Qərbin Ukraynaya dəstəyi özünün necə göstərir? Təbii ki, hazırda Ukraynanı silah-sursatla təmin edən məhz Qərb ölkələridir. Və Ukraynanı Rusiya ilə müddətsiz döyüşə məcbur edirlər. Nəticədə günahsız insanlar öldürülür, ölkənin altı üstünə çevrilir. Əcəba, ABŞ, Qərb ölkələri niyə Rusiya ilə birbaşa danışıqlara gedərək müharibəni dayandırmır? Səbəbləri çoxdur. Məsələn, o səbəblərdən biri də Ukraynanın Qərbdən borclanmasına hesablanıb.
Yaxşı olardı ki, dünyada terrorizmin, inqilab ssnerailərinin mahir dirijoru ABŞ və Qərb ölkələri haqqında obyektiv reportajlar hazırlasın.
Müəllif: Samir Feyruzov /konkret.az

Siyasi       Tarix: 03 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Ermənistan niyə Azərbaycanla qalib gələ bilməz? - ABŞ mediası

ABŞ-ın nüfuzlu "National İnterest" (The National İnterest) jurnalında təhlükəsizlik məsələləri üzrə analitik Harrison Kassın qələmə aldığı "Ermənistan niyə Azərbaycan ilə hava müharibəsində qalib gələ bilməz?"

Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir

Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və bu gözəl inkişafı görəndə, əlbəttə ki, ürəyim sevinir. Bir daha əmin oluram ki, biz nə qədər böyük xalqıq, qurub-yaradan xalqıq. xəbər verir ki, bu fikirləri Prezident İlha

Milli Məclisin növbədənkanar sessiyasının iclası başladı: 22 məsələyə baxılır

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası  başlayıb. . AZXEBER COM xəbər verir ki, spiker Sahibə Qafarovanın sədirliyi ilə keçrilən iclasın gündəliyinə 22 məsələ daxil edilib. /

Ankara sammitində nələr müzakirə olunacaq? – NATO-nun kritik gündəliyi

Türkiyənin paytaxtı Ankara şəhərində NATO dövlət və hökumət başçılarının 36-cı Zirvə Toplantısı öz işinə başlayıb. Sammitdə NATO-ya üzv ölkələrin dövlət və hökumət başçıları, eləcə də Alyansın yüksək səviyyəli rəsmiləri iştira

Yunan nəşri: İsrail ermənilərə görə geri çəkildi, Azərbaycan

İsrail hökuməti 1915-ci il hadisələrinin qondarma "erməni soyqırımı" kimi tanınmasına dair təşəbbüsün irəlilədilməsini dayandırıb. xəbər verir ki, Yunanıstanın ProtoThema nəşri bu qərarın Azərbaycanla münasibətlər

32 il əvvəl Ulu Öndərlə çəkilən şəkil Prezidentə göstərildi - Foto

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olub. xəbər verir ki, dövlət başçısına burada Quzeyxırman və Güneyxırman kəndlərində fərdi evlərin və infrastrukturun bərpas

NATO sammitinə sözardı - Sülh və tərksilahdan danışan yoxdur

Əməkdar jurnalist Faiq Hüsiyev. NATO sammitinə sözardı. Qardaş Türkiyədə 7-8 iyul tarixlərində baş tutmuş, sayca 36-cı NATO sammitinin sonu ABŞ-ın İrana raket zərbəsi endirməsi və futbol üzrə Dünya Çempionatının 1/4 mərhələsini

Ərdoğandan ABŞ ilə bağlı önəmli AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO sammiti çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə apardığı danışıqlarda müdafiə sənayesi sahəsində birgə layihələrin perspektivlərini müzakirə etdiklərin

Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar

Türkiyənin F-35 proqramına qayıtması ehtimalı beynəlxalq gündəmin diqqət mərkəzindədir. Məlumat üçün bildirək ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığı üçün ABŞ tərəfindən F-35 proqramında


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbər az cəbhədən son xeber sonxəbərlər ensonxeberler