AZAL AİB-nin dəstəyi ilə dayanıqlı aviasiya sahəsində texniki layihəyə başladı

AZAL AİB-nin dəstəyi ilə dayanıqlı aviasiya sahəsində texniki layihəyə başladıAZCON Holding şirkətlərindən olan "AzərbaycanHava Yolları" (AZAL) və Asiya İnkişaf Bankı (AİB) "ESG-nin əməliyyatlaşdırılması"(Ətraf mühit, Sosial və İdarəetmə) texniki dəstək layihəsinin başlanması vədayanıqlılıq sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayıb.
azxeber.com xəbər verir ki, layihə aviaşirkətin ətraf mühit, korporatividarəetmə və əməliyyat proseslərinə dayanıqlı inkişaf prinsiplərinin sistemli şəkildəinteqrasiyasını, biznes dəyərinin artırılmasını və dayanıqlı investisiyaimkanlarının genişləndirilməsini nəzərdə tutur.
Memorandum "AZAL" QSC-nin prezidenti SamirRzayev və AİB-nin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal tərəfindənimzalanıb. Tədbirdə AİB-nin regional direktoru Enriko Pinali, həmçinin AZAL vəbankın nümayəndələri iştirak ediblər.
AİB tərəfindən maliyyələşdirilən texniki dəstəklayihəsinin elan olunması və tərəflər arasında imzalanan Memorandum 7 dekabr –Beynəlxalq Mülki Aviasiya Gününə həsr olunub. Bir il müddətinə həyata keçiriləcək"ESG-nin əməliyyatlaşdırılması" layihəsi çərçivəsində ESG prinsiplərinin əsasidarəetmə və əməliyyat proseslərinə inteqrasiyası təmin ediləcək.
Layihə, həmçinin dayanıqlı maliyyələşdirməvə "yaşıl" aviasiya təşəbbüslərinin inkişafı, biomüxtəlifliyin qorunmasına yönəlmişlayihələrin hazırlanması, əməkdaşların bu sahə üzrə bilik və bacarıqlarınınartırılması, eləcə də ən müasir ESG hesabatlılıq sisteminin formalaşdırılmasınınəzərdə tutur.
"AİB ilə bu əməkdaşlıq dayanıqlı inkişafstrategiyamızın həyata keçirilməsində mühüm mərhələdir. AZAL ESG təcrübələrinintətbiqinə və investisiya imkanlarının genişləndirilməsinə, eləcə də maliyyəinstitutları ilə tərəfdaşlıqların gücləndirilməsinə xüsusi önəm verir. FəaliyyətimiziAzərbaycanın milli inkişaf məqsədləri və qlobal çağırışlarla uzlaşdıraraqaviasiya sektorunun dayanıqlı transformasiyasına töhfə verməkdə qərarlıyıq.Əminik ki, bu birgə layihə maliyyə təşəbbüslərinin reallaşdırılmasına və Azərbaycanda,o cümlədən regionda dayanıqlı aviasiyanın inkişafına əlavə təkan verəcək," –deyə "AZAL" QSC-nin prezidenti Samir Rzayev bildirib.
"Asiya İnkişaf Bankı Azərbaycanın aviasiyasektorunda dayanıqlılığın artırılması istiqamətində texniki dəstək göstərməklə AZALilə tərəfdaşlığını genişləndirməkdən məmnundur. Bu təşəbbüs ətraf mühit, sosialməsuliyyət və idarəetmə prinsiplərinin AZAL-ın əsas biznes proseslərinəinteqrasiyası üzrə ortaq öhdəliyimizi əks etdirir və aviaşirkətin dayanıqlıinkişaf hədəflərinə xidmət edir. Beləliklə, Azərbaycanın dayanıqlı inkişafprioritetləri naminə yaşıl və innovativ aviasiyanın inkişafına əhəmiyyətli töhfəverməyi qarşımıza məqsəd qoyuruq", – deyə AİB-nin Azərbaycan üzrə ölkədirektoru Sunniya Durrani-Camal qeyd edib.
Həmçinin AİB ilə AZAL arasında əməkdaşlığındigər istiqamətləri də nəzərdən keçirilir. Təmiz enerji təşəbbüsləri,emissiyaların kompensasiya olunması üzrə kreditlər, yaşıl istiqrazlar, dairəviiqtisadiyyat və s. kimi müxtəlif istiqamətlər üzrə əməkdaşlıq perspektivləriaraşdırılır.
AİB ilə bu yeni əməkdaşlıq AZAL-ın ESGstrategiyasının və "Sıfır/Sıfıra Yaxın Emissiya Planı"nın ("Net/Near ZeroEmissions") icra olunmasında uzunmüddətli real perspektivlər yaradır. Eynizamanda aviaşirkət regional əlaqəliliyin gücləndirilməsi, yeni tərəfdaşlıqlarıninkişafı, ESG üzrə statistik məlumatların təhlili, iqlim risklərinininvestisiya layihələrinə inteqrasiyası, beynəlxalq standartların tətbiqinindavam etdirilməsi, həmçinin şəffaflıq və hesabatlılığın artırılması istiqamətindəmövqeyini daha da möhkəmləndirməyi hədəfləyir.

İqtisadiyyat       Tarix: 11 dekabr 2025
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Birbank-dan "Yığ və qazan" lotereyası: 507 qalib pul mükafatı qazanacaq

Birbank Yığım hesabı olan müştəriləri üçün "Yığ və qazan" lotereyasına start verir. 8 oktyabr 2026-cı il 8 yanvar 2027-ci il tarixlərini əhatə edən lotereya çərçivəsində 3 tiraj üzrə ümumilikdə 507 qalib müəyyə

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi


yeni xeberler azerbaycan xeberleri son xeberler meherremlik 2026 cəbhədən son məlumat krimnal bugun sonxabar