AZAL Atırauya ilk reysini uğurla həyata keçirdi - FOTOLAR
AZCONHolding şirkətlərindən olan Azərbaycan Hava Yolları Qazaxıstanın Atırau şəhərinəilk reysini uğurla həyata keçirib.
azxeber.com xəbər verir ki, yeni marşrut Azərbaycan ilə Qazaxıstan arasında hava nəqliyyatı əlaqələrinin daha da genişləndirilməsi, işgüzar vəturizm səfərlərinin təşviqi, eləcə də iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığınmöhkəmləndirilməsi istiqamətində növbəti mühüm addımdır.
Bakı–Atırau–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi,çərşənbə axşamı, cümə və bazar günləri yerinə yetiriləcək. Yeni istiqamət sərnişinlərəQərbi Qazaxıstanın əsas iqtisadi mərkəzlərindən biri olan Atırauya rahat vəbirbaşa səyahət imkanı yaradacaq.
Qazaxıstan Azərbaycan Hava Yollarının beynəlxalq marşrut şəbəkəsindəprioritet istiqamətlərdən biridir. Aviaşirkət iki ölkə arasında artan mobilliyivə bazar tələbatını nəzərə alaraq Qazaxıstan üzrə uçuş coğrafiyasını mütəmadi şəkildəgenişləndirir. Bununla, ölkənin milli aviadaşıyıcısı sərnişinlərə daha çoxseçim və rahat səyahət imkanları təqdim edir, eyni zamanda Azərbaycan ilə MərkəziAsiya arasında hava nəqliyyatı əlaqələrinin inkişafına töhfə verir.
Atırau istiqamətinə biletləri www.azal.azrəsmi internet səhifəsindən, AZAL mobil tətbiqindən,aviaşirkətin kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etməkmümkündür.







Məktəbdə müəllim iş yoldaşını dərs bölgüsü üstündə döydü
Britaniya səfiri İran XİN-ə çağırılıb
Hörmüz boğazında neft tankerlərinə hücum edilib
Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək
Kasparov ABŞ-da öldürülməsi planından danışdı: "Bu, mənim üçün şok oldu"
Azərbaycanda bu məhsul bahalaşdı
Uzun müddət tək qalanlar diqqətli olsunlar
Ramiz Mehdiyev məhkəməyə məcburi gətirilə bilər
Prezidentin sosial media hesablarında ADEX sərgisindən görüntülər paylaşıldı
Limit 20 mindən 50 minə qaldırıldı - Bu tarixdən
Pul yığıram, bəs sonra? - İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar
AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub
İCMA-nın İstanbul səfəri: mühüm görüşlər və yeni əməkdaşlıq imkanları - FOTOLAR
Messinin vida matçının tarixi açıqlandı
Zaqatalada zəlzələ oldu