AZAL aviaşirkəti IOSA təhlükəsizlik auditini yenidən uğurla keçib

AZAL aviaşirkəti IOSA təhlükəsizlik auditini yenidən uğurla keçibAZAL aviaşirkəti IOSA təhlükəsizlik auditini yenidən uğurla keçib
"Azərbaycan Hava Yolları" aviaşirkəti növbəti dəfə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) IOSA (IATA Operational Safety Audit) standartına uyğunluğu üzrə audit yoxlaması prosedurunu uğurla keçib. 
Bu barədə "Azərbaycan Hava Yolları"nın mətbuat xidməti məlumat yayıb.
IOSA - istismar təhlükəsizliyinin auditi - Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) mülki aviasiyada ciddi beynəlxalq təhlükəsizlik tələblərinə cavab verən etibarlı aviaşirkət kimi qəbul edilməsi üçün mühüm amildir. 
"IATA-nın auditini növbəti dəfə uğurla keçən "Azərbaycan Hava Yolları" aviaşirkəti iş təcrübəsinin və keyfiyyətinin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyib. Bu yoxlama göstərdi ki, AZAL-da təhlükəsizlik məsələsi həmişə prioritet vəzifələr sırasında olub və qalmaqdadır. Aviaşirkətin daxili və beynəlxalq reyslərində uçuşların təhlükəsizliyi standartları bütün beynəlxalq tələblərə cavab verir", - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib. 
"Azərbaycan Hava Yolları" aviaşirkəti 1993-cü ildən IATA-nın üzvüdür. IOSA (IATA-nın İstismar təhlükəsizliyinin auditi proqramı) - bir neçə bölmə üzrə strukturlaşdırılan bir neçə yüz mütləq standart və tövsiyə olunan prosedurlardır. Aviaşirkət audit zamanı bu standartlara və tövsiyə olunan prosedurlara cavab verdiyini təsdiq etməlidir.
Təhlükəsizliyin təhlili təkcə aviaşirkətin istehsal fəaliyyətinin deyil, həm də onun təşkilati strukturunun qiymətləndirilməsini nəzərdə tutur. İnsan amilinin təsiri nəticəsində risklərin minimallaşdırılması sistemi və düzəlişlərin vaxtında təmin edilməsinə imkan verən əks-əlaqə sistemi nəzərdə tutulub. Aviaşirkətin hər bir əməkdaşının hərəkətləri ən xırda təfərrüatına kimi qeyd edilib ki, bu da uçuşların təhlükəsizliyinin təmin edilməsi texnologiyası haqqında danışmağa imkan verir. /oxu.az

Turizm       Tarix: 27 may 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO. Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir"

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB

AZAL-ın Ankarada təcili eniş edən təyyarəsi İstanbula yola düşdü - YENİLƏNİB. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8103 nömrəli Bakı-İstanbul reysini yerinə yetirən təyyarəsi Bakı vaxtı ilə saat 11:56-d

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır

Florian Zenqstşmid: "Təl-Əviv və Bakı arasında uçuşların sayı müharibədən əvvəlki səviyyəyə qayıdır". Azərbaycan İsraillə ikitərəfli turizm əlaqələrini inkişaf etdirməyə çalışır, Təl-Əviv və Bakı arasında uçuşları

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO

AZAL Bakıdan Kəraçiyə uçuşlara başladı - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu gündən Pakistanın Kəraçi şəhərinə reysləri bərpa edib. xəbər verir ki, uçuşlar həftədə iki dəfə - cümə axşamı və bazar günlər


azerbaycan xeberleri yeni xeberler son xeberler oxu.az xeberler son xeberler bugun 2026 muharibe xeber.az son xeberler son xeberler azerbaycan