AZAL aviaşirkəti "Skytrax" reytinqində yüksək statusunu bir daha təsdiqləyib

AZAL aviaşirkəti "Skytrax" reytinqində yüksək statusunu bir daha təsdiqləyibAviaşirkətlərin və hava limanlarının xidmət keyfiyyətinin aparıcı qiymətləndiricisi olan Britaniyanın Skytrax agentliyi, Azərbaycanın milli aviadaşıyıcısının (AZAL) xidmət keyfiyyətini bir daha yüksək qiymətləndirərək onu "dördulduzlu aviaşirkət" nüfuzlu statusuna layiq görüb.
"Azərbaycan Hava Yolları"ndan Milli.Az-a verilən məlumata görə, AZAL bu nüfuzlu statusa ilk dəfə 2015-ci ildə layiq görülmüşdür və o vaxtdan həmin statusu qoruyub saxlamaqdadır.
Skytrax ekspertləri tərəfindən aparılmış auditin nəticələrinə əsasən, uçuşlar zamanı rahatlıq və xidmət keyfiyyəti baxımından "Azərbaycan Hava Yolları" qlobal aviasiya bazarında tanınan lider aviaşirkətlərlə eyni səviyyədə qiymətləndirilir.
"AZAL"ın prezidenti Cahangir Əsgərov söyləyib: "Aviaşirkət xidmətlərinin auditi sahəsində bu cür nüfuzlu təşkilat - Skytrax tərəfindən fəaliyyətimiz növbəti dəfə yüksək qiymətləndirildiyi üçün hədsiz dərəcədə qürur hissi duyuruq. Bu mühüm nailiyyət və beynəlxalq arenada nüfuzumuzun daha da yüksəlməsi "Azərbaycan Hava Yolları"nın vahid komandasının gərgin əməyinin nəticəsidir. Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanın mülki aviasiyasına göstərdiyi daimi diqqətini ayrıca qeyd etmək istərdim. Dövlət başçısının bilavasitə qayğısı və dəstəyi sayəsində AZAL inanılmaz uğurlara imza atmış və növbəti dəfə yüksək nəticələr əldə etməyə nail olmuşdur. COVID-19 pandemiyası səbəbindən ümumdünya hava daşımaları sahəsində müvəqqəti məhdudiyyətlərə baxmayaraq, müntəzəm uçuşlar yenidən bərpa olunduqdan sonra sərnişinlərə yüksək səviyyədə xidmətlərin göstərilməsi və uçuşların təhlükəsizliyi əvvəlki kimi prioritet məqsədlərimizdən biri olaraq qalacaqdır".
Skytrax şirkətinin direktoru Edvard Pleysted 4 ulduz mükafatına layiq görülmüş "Azərbaycan Hava Yolları" haqqında bəhs edərkən qeyd edib: "Azərbaycan Hava Yolları" aviaşirkəti artıq beşinci ildir ki "Dördulduzlu aviaşirkət" reytinqini təsdiq edir. Bu, aviaşirkətin bütün xidmət siniflərində, hava gəmisinin göyərtəsində, eləcə də hava limanları ərazisində xidmət səviyyəsinin yüksək səviyyədə saxlanılmasında öz əksini tapır. "Azərbaycan Hava Yolları" yalnız 2019-cu ildə deyil, həmçinin 2020-ci ildə də bu sahədə böyük nailiyyətlər əldə edib".
Skytrax tərəfindən aparılan audit zamanı sərnişinlərə göstərilən xidmətlərin səviyyəsi ilə yanaşı, həmçinin təyyarə salonunun vəziyyəti, quruluşu və təmizliyi, təyyarədəki əyləncələr, ekipajın geyim forması, sərnişinlərə münasibət və işin səmərəliliyi yoxlanılmışdır. Yoxlamanı həyata keçirən şəxslər həmçinin "duty free" mağazalarının xidmət səviyyəsinə, bort jurnalının məzmununa, təyyarə yeməklərinin keyfiyyətinə, oturacaqların rahatlığına və digər məqamlara diqqət yetirmişlər.
Eyni zamanda qeyd etmək lazımdır ki, Skytrax tərəfindən aparılmış auditin nəticələrinə görə, "Azərbaycan Hava Yolları"nın əsas hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportu cari ilin may ayında 5 milyon nəfərədək illik sərnişin axını olan dünyanın hava limanları sırasında ən yaxşı hava limanı seçilmişdir. Xidmət səviyyəsinə görə Avropa, Yaxın Şərq və Amerika qitəsindəki aparıcı hava limanlarını geridə qoymuşdur.
Bundan əlavə, Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax World Airport Awards" versiyasına əsasən 4 il ardıcıl olaraq bütün MDB ölkələrinin hava limanları arasında ən yaxşı hava limanı seçilmişdir.
Mİlli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 13 iyun 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

EBRD növbəti dəfə "Bank Respublika"nı "Azərbaycanda ən fəal emitent bank" elan etdi

"Bank Respublika" Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Ticarətə Yardım Proqramı (Trade Facilitation Programme – TFP) çərçivəsində 2025-cı il üzrə "Azərbaycanda ən fəal emitent-bank" adına layi

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 7 vaqon buğda göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 7 vaqon - 490 ton buğda göndəriləcək. xəbər verir ki, qatar sabah Biləcəri stansiyasından yola salınacaq

Bakcell-in dəstəyi ilə 5-ci "YAŞAT" düşərgəsi başladı - FOTOLAR

Bakcell-in dəstəyi ilə şəhid övladları üçün təşkil olunmuş 5-ci "YAŞAT" düşərgəsinə start verilib. Bakcell və NEQSOL Holding-in dəstəyi ilə həyata keçirilən layihə "YAŞAT" Fondunun və "ASAN Könüllüləri"

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

2026-cı ilin yanvar-may ayları üzrə ölkədə ən yüksək maaş mədənçıxarma sənayesində olub. Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, mədənçıxarma sənayesində orta aylıq əməkhaqqı 4 327,8 manat təşkil edib. Bel

Azercell-in dəstəyi ilə "RobotChallenge Azerbaijan 2026" uğurla başa çatdı - FOTOLAR

Azercell-in dəstəyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı ilə keçirilən "RobotChallenge Azerbaijan 2026" uğurla yekunlaşıb. xəbər verir ki, dünyanın ən nüfuzlu robototexnika yarışlarında

Neft ucuzlaşdı

Londonun ICE birjasında 2026-cı ilin iyul ayında çatdırılma üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 29 may 2026-cı ildən bəri ilk dəfə olaraq barrel üçün 90 dollardan aşağı düşüb. . xəbər verir ki, Bakı vaxt

Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi

"Azercell Telekom" MMC müştəri müraciətlərinin idarə olunması sahəsində beynəlxalq standarta uyğunluğunu bir daha təsdiqləyib. Şirkət ISO 1002:2018 "Keyfiyyətin idarə olunması – Müştəri məmnuniyyəti – Müəssisələrd

Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu

Bank Respublika növbəti sosial mükafata layiq görüldü. Korporativ sosial məsuliyyət istiqamətində həyata keçirdiyi çoxsaylı təşəbbüslərlə cəmiyyətə dəyər yaratmağa davam edən Bank Respublika növbəti dəfə təltifə layiq görülüb

LANDAU məktəbinin şagirdləri Yelo Bank-ın təcrübə proqramında iştirak ediblər - FOTOLAR

Gənclərin inkişafına və maliyyə savadlılığının artırılmasına daim dəstək verən Yelo Bank, növbəti sosial layihəsini reallaşdırıb. Bank bu dəfə qapılarını LANDAU məktəbinin şagirdləri üçün açıb. Bir həftə davam edən proqra


azerbaycan xeberleri son xeberler yeni xeberler idman xeberleri bugun xeberler siyaseti xeberler bugun son xeberler bu gun