AZAL Azərbaycan səmasını bütün aviaşirkətlər üçün açdı

AZAL Azərbaycan səmasını bütün aviaşirkətlər üçün açdıAZAL Azərbaycan səmasını bütün aviaşirkətlər üçün açdı
Azərbaycan mülki aviasiyasının tarixində ilk dəfə beşinci və yeddinci qrup "hava azadlığı" ölkənin bütün beynəlxalq hava limanlarında heç bir maneə olmadan tətbiq olunacaq.
1 yanvar 2020-ci ildən etibarən sözügedən "hava azadlığı" qrupları Azərbaycanın hava limanlarından Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə uçuşlar həyata keçirməyə imkan verəcək.
"Hava azadlığı" qrupu hər hansı bir ölkəyə məxsus aviaşirkətin təyyarələrinin digər dövlətin hava məkanında fəaliyyətini tənzimləyən qaydalar toplusudur. Azadlıq dərəcəsi nə qədər yüksək olarsa, xarici aviaşirkətə məxsus təyyarənin də Azərbaycanın hava məkanında daha çox hərəkət etməsinə icazə verilir.
Beləliklə, beşinci qrup "hava azadlığı" xarici aviaşirkətlərə öz hava limanlarından digər şəhərlərə uçuş həyata keçirərkən sərnişinlərin təyyarəyə minməsi və yaxud düşməsi məqsədilə Bakıda (və digər hava limanlarında) eniş etmək icazəsi verir.
Misal üçün, beşinci qrup "hava azadlığı" çərçivəsində Avropa aviadaşıyıcıları Bakıda (və yaxud ölkənin digər hava limanlarında) dayanmaqla Paris-Tokio reysini yerinə yetirə biləcəklər. Və yaxud Yaponiyaya məxsus aviaşirkətlər Avropa İttifaqı ölkələrinə uçarkən Azərbaycanın beynəlxalq hava limanlarından birinə eniş edə bilərlər.
Yeddinci qrup "hava azadlığı" isə aviaşirkətə öz baza aeroportunda eniş etmədən Azərbaycan və xarici ölkələr arasında uçuş həyata keçirməyə icazə verir. Misal üçün, Avropa aviaşirkəti Dubaydan Azərbaycana gələ və daha sonra öz ölkəsində eniş etmədən ABŞ-ın hər hansı bir şəhərinə uçuş həyata keçirə bilər. 
Hər iki halda aviaşirkətlər bütün istiqamətlər üzrə, o cümlədən Azərbaycanın ərazisində azad kommersiya fəaliyyəti həyata keçirəcəklər.
Qeyd edək ki, əvvəllər Azərbaycana belə uçuşlar həyata keçirmək üçün icazə aviaşirkətlərə fərdi olaraq təqdim edilirdi.
Yeni şərtlərə əsasən, Azərbaycana və daha sonra digər ölkələrə uçuş həyata keçirmək istəyən bütün xarici aviaşirkətlər milli aviadaşıyıcı ilə eyni hüquqlara sahib olacaqlar.
Bu xarici aviaşirkətlərin Azərbaycana uçmaq marağını artıracaq, onlar üçün yeni bazarlar açacaq, həmçinin sərnişin axınının və turistlər üçün cəlbediciliyin artırılması üçün imkanı yaradacaq.
Xarici aviaşirkətlərin gəlişi Azərbaycan vətəndaşları üçün daha çox səyahət imkanları yaradacaq, sərnişinlər yaxın və uzaq xarici ölkələrə birbaşa reyslərin geniş seçiminə sahib olacaq.
1 yanvar 2020-ci ildən etibarən Avropa, Şimali Amerika, Avstraliya və Cənub-Şərqi Asiyanın 40 ölkəsinə reyslər həyata keçirmək istəyən bütün  aviaşirkətlər bu üstünlüyə sahib olacaq. Sözügedən ölkələrin aviasiya orqanlarına müvafiq bildiriş göndəriləcək.
Heç bir maneə olmadan aviadaşıyıcılar Bakıdan Fransa, İtaliya, Almaniya, Avstriya, İspaniya, Yunanıstan, Çexiya, Belçika, Hollandiya, Danimarka, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Serbiya, Slovakiya, Sloveniya, Finlandiya, İsveçrə, İsveç, Estoniya, İrlandiya, İslandiya, Latviya, Litva, Lüksemburq, Makedoniya, Malta, Bolqarıstan, Gürcüstan, ABŞ, Yaponiya, Vyetnam, İndoneziya, Kamboca, Myanma, Banqladeş, Cənubi Koreya, Malayziya və Avstraliya kimi ölkələrə sərnişin daşıya biləcək. Gələcəkdə ölkələrin sayı artırıla bilər.
Üstəlik, Azərbaycana uçuşlar yerinə yetirməyə başlamaq istəyən istənilən yeni aviaşirkət ölkənin hava limanlarının xidmətlərinə 100% endirim əldə edəcək. Əməliyyatın ikinci ilində endirim 70%, üçüncü ilində 50%, dördüncü ilində isə 30% təşkil edəcək. Uçuşların sayının və sərnişin axınının artması şərtilə endirimlərin səviyyəsi və tətbiqi müddətinin uzadılması nəzərdə tutulub. Aviaşirkətlər daha ətraflı məlumatı hava limanının rəsmi saytında əldə edə bilərlər: airport.az
"Bu, bütövlükdə ölkə üçün qlobal bir qərardır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkənin mülki aviasiyası göstərdiyi daimi qayğı və dəstəyi sayəsində ölkənin beynəlxalq hava limanlarında çoxsaylı xarici aviaşirkətlərə xidmət göstərilməsi üçün hər cür əlverişli şərait yaradılıb.
Ölkənin bütün beynəlxalq hava limanlarında beşinci və yeddinci qrup "hava azadlığı"nın tətbiqi Azərbaycandan yerinə yetirilən uçuşların coğrafiyasını genişləndirməyə, ölkənin xarici bazara çıxmaq üçün nəqliyyat imkanlarını artırmağa, həmçinin, ölkənin turizm potensialını reallaşdırmağa icazə verəcək və sərnişinlər üçün rəqabətqabiliyyətli təklifləri təmin edəcək. Vətəndaşlarımızın səyahətlərinin coğrafiyasını genişləndirmək və Avropa, Asiya, Avstraliya və Şimali Amerikaya yol xərclərini azaltmaq üçün imkanları yaranacaq", – AZAL prezidenti Cahangir Əsgərov qeyd edib.
Azərbaycanın beynəlxalq hava limanlarında beşinci və yeddinci qrup "hava azadlığı"nın tətbiqi qərarı iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı üçün əlavə stimul olacaq və eyni zamanda ölkədə yeni iş yerlərinin açılmasına öz töhfəsini verəcək.
Hazırda Azərbaycanda beynəlxalq statusa malik altı hava limanı fəaliyyət göstərir. Bakıda yerləşən Heydər Əliyev Beynəlxalq Aeroportu ilə yanaşı, Naxçıvan, Gəncə, Qəbələ, Lənkəran və Zaqatala hava limanlarında da aviadaşıyıcılar üçün hər cür şərait yaradılmışdır.
Respublikanın bütün beynəlxalq hava limanları 3-cü dərəcə də daxil olmaq ilə İCAO kateqoriyalarına malikdir, müasir avadanlıqlarla təchiz olunub, burada yerüstü xidmətlər, aviasiya təhlükəsizliyi, sərhəd və gömrük nəzarəti üçün lazımi şərait yaradılıb.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur.
Paytaxt hava limanı "Skytrax World Airport Awards" versiyasına görə maksimal "5 Ulduz" statusuna layiq görülmüş, həmçinin ardıcıl olaraq üç ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq etmişdir.
2019-cu ilin noyabr ayı ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 30 sərnişin aviaşirkəti 60-dan çox müxtəlif istiqamətə uçuşlar həyata keçirib.
Azərbaycan hava limanları sərnişin axınına görə regionda lider mövqeyə sahibdir. 2019-cu ilin ilk 11 ayı ərzində Azərbaycanın beynəlxalq hava limanları ümumilikdə 5,15 milyon sərnişinə xidmət göstərib ki, bunun da 4,39 milyonu Heydər Əliyev Beynəlxalq Aeroportunun payına düşür. Bu, ötən ilin göstəricisindən 6% çoxdur. /oxu.az

Turizm       Tarix: 07 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb

"Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. Qazaxıstanın ən böyük aviaşirkəti "Air Astana" Almatıdan Bakıya uçuşların sayını artırıb. -ın məlumatına görə, bu barədə aviaşirkətin mətbuat xidmət

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO. Tacikistanın "Somon Air" aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır. Bu barədə "Report"a açıqlamasında Tacikistanın "Dourgar

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO

Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutları: İdeya var, nəticə isə yoxdur - FOTO. Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiy

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO. Frankfurt-Maynda keçirilən nüfuzlu "Passenger Terminal Expo 2024" konfransında "Azərbaycan Hava Yolları"

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına - Qetvikə reyslərin icrasına başlayıb. Bu barədə "Azərbayca

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir. Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsil

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik

Prezident TƏSDİQLƏDİ - Daha bir ölkəyə vizasız gedə biləcəyik. "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıql


yeni xeberler azerbaycan xeberleri son xeberler beynelxalq bank mezenne axsam az xeberler valyuta mezennesi 2026 siyaseti xeberler bugun