"AZAL" Bakıdan Antalya şəhərinə uçuşların sayını artıracaq
"AZAL" Bakıdan Antalya şəhərinə uçuşların sayını artıracaq
"Azərbaycan Hava Yolları" aviaşirkəti 2022-ci ilin yay mövsümü çərçivəsində Bakı-Antalya-Bakı istiqaməti üzrə uçuşların sayını artırır.
"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən verilən məlumata görə, 2 iyul tarixindən etibarən aviadaşıyıcı bu marşrut üzrə həftənin bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə və şənbə günlərində yerinə yetiriləcək əlavə reysləri (J2- 027/028) daxil edir.
Əlavə reyslər nəzərə alınmaqla bu istiqamət üzrə uçuşların sayı həftədə 19-dək artacaqdır.
Qeyd edilən marşrut üzrə əlavə reyslərin daxil edilməsi ilə əlaqədar, "Azərbaycan Hava Yolları" tərəfindən J2- 125/126 nömrəli reyslərin uçuş və gəliş vaxtlarında dəyişiklik edilmişdir.
Bakıdan Antalyaya reyslərin uçuşu saat 14:30-da (bazar ertəsi və cümə günləri) və 15:20-də (çərşənbə axşamı, çərşənbə və şənbə günləri) həyata keçiriləcək.
Antalyadan Bakıya reyslərin gəlişi saat 17:25-də (bazar ertəsi), 18:20-də (çərşənbə axşamı və çərşənbə günləri), 17:30-da (cümə günləri) və 18:30-da (şənbə günləri) həyata keçiriləcək.
"AZAL"ın bu və digər reyslərinə aviabiletləri aviaşirkətin rəsmi www.azal.az saytında, həmçinin aviadaşıyıcının akkreditə olunmuş agentliklərində rəsmiləşdirmək mümkündür.
Bu uçuşlara, qeyd edilən daşıma şərtlərinə uyğun olan və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.
Qurum tərəfindən Türkiyəyə səyahət etməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl, bu ölkəyə daxil olarkən qüvvədə olan qaydalarla keçid vasitəsilə tanış olmaq tövsiyə olunur.
Azərbaycana giriş qaydaları haqqında məlumatla isə link vasitəsilə ətraflı tanış olmaq olar. /oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi