AZAL cari ilin ilk doqquz ayını artımla başa vurub

AZAL cari ilin ilk doqquz ayını artımla başa vurubAZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları 2026-cı ilin ilk doqquz ayını əməliyyat göstəricilərində artım, marşrut şəbəkəsinin genişləndirilməsi, rəqəmsal xidmətlərin inkişafı və beynəlxalq nailiyyətlərlə yekunlaşdırıb.
Bu barədə azxeber.com-a AZAL-dan məlumat verilib.
Yanvar–sentyabr aylarında aviaşirkət ümumilikdə 14,1 min reys həyata keçirərək 3,3 milyona yaxın sərnişinə xidmət göstərib. Onlardan 2,6 milyondan çoxu beynəlxalq istiqamətlər üzrə səyahət edib. Orta yüklənmə faktoru 79%, punktuallıq göstəricisi isə 81% təşkil edib. Bakı üzərindən transfer edən sərnişinlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29% artaraq 419 min nəfərə çatıb.
Hesabat dövründə ən intensiv gün 15 avqust olub. Həmin gün rekord sayda - 72 reys həyata keçirilib. Dövrün yekunlarına əsasən, aviaşirkətin müntəzəm marşrut şəbəkəsi 55 istiqaməti əhatə edib.
Bakı–Naxçıvan–Bakı marşrutu üzrə doqquz ay ərzində təxminən 3,2 min reys həyata keçirilib və 650 minə yaxın sərnişinə xidmət göstərilib. Bu marşrut üzrə ən intensiv gün 15 iyun olub və həmin gün 25 reys icra edilib.
Cari ilin doqquz ayında Azərbaycan Hava Yolları marşrut şəbəkəsinin genişləndirərək Qars, Atırau və Aktöbə şəhərlərinə birbaşa uçuşlara başlayıb. Həmçinin Bakı-Brüssel-Bakı marşrutu üzrə uçuşlara aviabiletlərin satışı başlayıb.
Hesabat dövründə sərnişin təcrübəsinin təkmilləşdirilməsi istiqamətində yeni rəqəmsal həllər də tətbiq olunub. Təyyarə göyərtəsində POS-terminallar vasitəsilə nağdsız ödəniş imkanı yaradılıb. Onlayn ödəniş seçimləri genişləndirilib "Uzum Bank" ilə əməkdaşlıq çərçivəsində "HUMO" və "UZCARD" kartları, həmçinin "Alipay" və "WeChat Pay" ödəniş sistemləri inteqrasiya edilib. Aviabiletlərin hissə-hissə ödənilməsi imkanı da təqdim olunub.
Sərnişinlərə "Stopover" xidmətini onlayn sifariş etmək imkanı yaradılıb, həmçinin "Rental Car" avtomobil icarəsi xidməti istifadəyə verilib. Bununla yanaşı, əlavə baqajın onlayn alınması imkanları genişləndirilib və reyslərin ləğvi kimi hallarda aviabiletlərin onlayn qaytarılması imkanı yaradılıb.
Bu dövr Azərbaycan Hava Yolları üçün beynəlxalq nailiyyətlərlə də əlamətdar olub. Aviaşirkət "Skytrax World Airline Awards 2026" çərçivəsində "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görülüb, "PAX International Readership Awards 2026" mükafatlarında isə MDB üzrə ən yaxşı uçuşdaxili əyləncə və bağlantı xidmətləri nominasiyasında qalib olub. Aviaşirkətin müsbət iş mühitinin yaradılması istiqamətində fəaliyyəti də "Great Place to Work®" sertifikatı ilə qiymətləndirilib. Bu nailiyyətlər aviaşirkətin xidmət keyfiyyətinin yüksəldilməsi, sərnişin təcrübəsinin təkmilləşdirilməsi və müsbət korporativ iş mühitinin formalaşdırılması istiqamətində səylərini əks etdirir.
Azərbaycan Hava Yolları uçuş təhlükəsizliyini əsas prioritet kimi qoruyaraq marşrut şəbəkəsinin genişləndirilməsi, əməliyyat səmərəliliyinin artırılması və sərnişinlərə təqdim olunan xidmətlərin davamlı inkişafı istiqamətində fəaliyyətini davam etdirir.

İqtisadiyyat       Tarix: 14 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Bir rəqəmsal bankçılıq təcrübəsini "Istanbul Fintech Week" tədbirində təqdim edib

Qafqazın ilk inteqrasiya olunmuş bankçılıq, ödəniş və e-ticarət ekosistemi olan Bir, "Istanbul Fintech Week" (İstanbul Fintex Həftəsi) beynəlxalq tədbirində milli rəqəmsal maliyyə xidmətlərinin inkişaf strategiyasın

"Liderlik Etikası və Korporativ Davranış" mövzusunda peşəkar təlim keçirildi - FOTOLAR

Marsol Academy-nin təşkilatçılığı ilə 4 oktyabr tarixində "Liderlik Etikası və Korporativ Davranış" mövzusunda peşəkar təlim keçirilib. xəbər verir ki, "Kavkaz Logistics"in baş sponsorluğu, "Premiu

Biləcəri və Xırdalanda mənzillər hansı şərtlərlə satılır?

Mənzil almaq istəyənlər üçün sərfəli seçimlər: hansı ərazilərdə münasib qiymətə ev tapmaq olar?. Mənzil sahibi olmaq istəyirsənsə, seçim edərkən yalnız evin qiymətinə deyil, ilkin ödənişə, ödəniş imkanlarına və ərazinin üstünlüklərin

Dünya bazarında qızılın qiyməti artıb

Dünya birjalarında qızıl dolların zəifləməsi və neftin qiymətinin düşməsi fonunda yüksəlib. Birjalarda spot qızıl 0,3 faiz bahalaşaraq 1 unsiya üçün 4206,01 dollara çatıb, dekabr ayı üçün ABŞ qızıl fyuçersləri də 0,3 fai

"Protokol İdarəçiliyi və Korporativ Təmsilçilik" təlimi keçirilib - FOTOLAR

Marsol Academy-nin təşkilatçılığı ilə 3 oktyabr tarixində "Protokol İdarəçiliyi və Korporativ Təmsilçilik" mövzusunda peşəkar təlim keçirilib. "Kavkaz Logistics"in baş sponsorluğu, "Premium Residence"i

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bəyan etməsi növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxılacağ

Pensiya artımında yenilik: Aşağı pensiya alanlar daha çox qazana bilər

"Pensiyaların indeksasiyasında diferensial yanaşmanın tətbiqi təklif olunur. Burada əsas məntiq aşağı və orta pensiya alanların daha çox qorunması və pensiyalar arasındakı fərqin indeksasiya hesabına davamlı böyüməsini

Ölkədə orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 173 manat təşkil edib. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, bu göstəric

Bu şəxslərə maaşın 25 mislinədək mükafat veriləcək

Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək, bu gəlir vergisindən azad olunacaq. xəbər verir ki, bununla bağlı "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verə


son xeberler yeni xeberler azerbaycan xeberleri bugünki xəbərlər enson xeberler şou biznes xəbərləri valyuta mezennesi 2026