AZAL hava gəmiləri parkına yeni "Boeing 787 Dreamliner" təyyarələri əlavə edə bilər
AZAL hava gəmiləri parkına yeni "Boeing 787 Dreamliner" təyyarələri əlavə edə bilər
Oktyabrın 14-də Bakı şəhərində AZAL-ın prezidenti Cahangir Əsgərov ilk dəfə Bakıya işgüzar görüşlə səfər edən "Boeing Commercial Airplanes" şirkətinin Rusiya və MDB ölkələrində Satış və Marketinq üzrə vitse-prezidenti Monte Freyzerlə görüşüb. Görüşdə həmçinin şirkətin satış üzrə direktoru Volkan Eser də iştirak edib.
AZAL-dan verilən məlumata görə, görüş çərçivəsində "Azərbaycan Hava Yolları" aviaşirkəti üçün yeni "Boeing 787 Dreamliner" təyyarələrinin çatdırılmasına dair ilkin razılaşma əldə edilib.
Tərəflər "Boeing" korporasiyası tərəfindən 9 genişfüzelyajlı "Dreamliner" təyyarəsinin təchizat imkanlarını müzakirə ediblər. Həmin təyyarələr AZAL-ın hava gəmiləri parkına daxil olan mövcud "Boeing 757", "Boeing 767" və "Airbus A340" təyyarələrini 2030-cu ilin sonunadək əvəz edə biləcək.
Müvafiq təklif hazırlandıqdan sonra "Azərbaycan Hava Yolları" QSC-nin Müşahidə Şurasının və Azərbaycan İnvestisiya Holdinqinin müzakirəsinə təqdim olunacaq.
Hazırda AZAL aviaşirkəti uzaqməsafəli istiqamətlərdə özünü doğruldan iki "Boeing 787-8 Dreamliner" təyyarəsini istismar edir. Qeyd etmək lazımdır ki, AZAL postsovet məkanında "Boeing 787-8 Dreamliner" təyyarəsi istismar edən ilk aviaşirkətdir. Aviaşirkətin hava gəmiləri parkına belə yeni təyyarələrin daxil edilməsi "Azərbaycan Hava Yolları"nın bütün dünyada uçuşlarının coğrafiyasını daha da genişləndirəcək.
Görüş zamanı tərəflər AZAL və Boeing arasında tərəfdaşlıq və dostluq münasibətlərini yüksək qiymətləndiriblər və qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əmin olduqlarını bildiriblər. /oxu.az

Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu
Beyləqanda müəllim komaya düşüb öldü - Foto
Gəncədə beşaylıq körpə ölüb
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu - Rəsmi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir