AZAL "IATA Travel Pass" tətbiqini ən çox tələbat olan istiqamətlərdə sınaqdan keçirməyə başlayır - VİDEO
AZAL "IATA Travel Pass" tətbiqini ən çox tələbat olan istiqamətlərdə sınaqdan keçirməyə başlayır - VİDEO
2021-ci ilin avqust ayında Azərbaycanın milli aviadaşıyıcısı daha çox tələbat olan reyslərində "IATA Travel Pass" tətbiqini sınaqdan keçirəcək.
"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata əsasən, "IATA Travel Pass" tətbiqi smartfonlarda quraşdırılmış və koronavirus infeksiyası üçün test nəticələri, habelə gələcəkdə peyvəndləmə barədə məlumatlar da daxil olmaqla, sərnişinin sağlamlığı haqqında uçuş üçün lazım olan bütün məlumatları ehtiva edən bir növ rəqəmsal səyahət sənədidir.
Tətbiq sayəsində uçuşqabağı rəsmiyyətlər daha az vaxt aparacaq. "IATA Travel Pass" tətbiqini ilk olaraq aşağıdakı reyslərin sərnişinləri sınaqdan keçirə biləcəklər:
AZAL - Bakı-İstanbul-Bakı (GYD-IST-GYD)
AZAL - Bakı-Moskva-Bakı (GYD-DME-GYD)
Buta Airways - Bakı-İstanbul-Bakı (GYD-SAW-GYD)
Buta Airways - Bakı-Jukovski-Bakı (GYD-ZIA-GYD)
Qeyd edilən reyslərdə sınaq müvəffəqiyyətlə keçdiyi təqdirdə, gələcəkdə aviaşirkət bu proqramın daimi əsasda tətbiqini nəzərdən keçirəcək.
Tətbiqin xidmətləri Azərbaycandan bu reyslərlə uçan bütün sərnişinlər və ölkəyə gələn Azərbaycan vətəndaşları üçün mümkün olacaq.
"IATA Travel Pass" tətbiqi vasitəsilə rəqəmsal pasportu təqdim edən sərnişinlərə qeydiyyat masasında prioritet qaydada xidmət göstəriləcək, habelə onlar Heydər Əliyev Beynəlxalq Aeroportunda sərhəd nəzarətindən prioritet qaydada keçid xidmətlərindən ("Fast Track") istifadə edə biləcəklər.
"IATA Travel Pass" tətbiqindən istifadəyə görə bonus olaraq, AZAL və Buta Airways reyslərində tətbiqin sınaqdan keçirilməsində iştirak edən "AZAL Miles" bonus proqramının hər bir iştirakçısına əlavə 250 bonus mili hesablanacaq.
İlin may ayında AZAL və IATA Azərbaycanda "IATA Travel Pass" tətbiqinin istifadə imkanlarını müzakirə ediblər. Mobil əlavənin tətbiqi sərhədlərin təhlükəsiz açılmasına və aviasiya sərnişin axınının COVID-19 pandemiyasınadək mövcud olan göstəricilərə qədər bərpasına kömək edəcək.
iOS (13.2 və daha yüksək versiyası) və Android (6.0 və daha yüksək versiyası) bazasında mobil cihazlar üçün IATA Travel Pass tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:
- Apple AppStore
- Google Play
Qeyd etmək lazımdır ki, "IATA Travel Pass" tətbiqi sərnişinlərin fərdi məlumatlarının icazəsiz istifadədən qorunması nəzərə alınmaqla hazırlanıb. Şəxsi məlumatlar IATA serverlərində və ya digər bulud xidmətlərində saxlanılmır ki, bu da onların sızma riskini minimuma endirir.
Tətbiqin istifadəsinə dair ətraflı təlimat aviaşirkətin internet saytında təqdim olunub.
"IATA Travel Pass" tətbiqinin necə işlədiyi barədə qısaca olaraq bu videoda tanış ola bilərsiniz:
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi
Prezident İlham Əliyev Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim edib
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?