Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçildi

Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçildiBirbank-ın premium bankçılıq xidməti olan Birbank Private PWM/The Banker Global Private Banking Awards 2026 mükafatı çərçivəsində "Best Private Bank in Azerbaijan" (Azərbaycanın ən yaxşı özəl bankı) adına layiq görülüb. Bununla da Birbank Private bu nüfuzlu beynəlxalq mükafata layiq görülən ilk Azərbaycan bankı olub.
2009-cu ildə təsis edilən "Global Private Banking Awards" mükafatı "Financial Times Group"un nəşrləri olan "Professional Wealth Management" (PWM) və "The Banker" jurnalları tərəfindən birgə təşkil olunur. Mükafatlar dünya miqyasında özəl bankçılıq qruplarının keyfiyyət və kəmiyyət göstəricilərini qiymətləndirir. Müraciətlər müxtəlif regionlardan olan sənaye ekspertlərindən ibarət münsiflər heyəti tərəfindən dəyərləndirilir, Əsas Fəaliyyət Göstəricilərinin təhlili isə PWM tərəfindən həyata keçirilir.
Bu mükafat Birbank Private-ın son illərdə əldə etdiyi əhəmiyyətli inkişaf göstəricilərinin nəticəsidir. Belə ki, son iki il ərzində idarə olunan aktivlərin həcmi iki dəfədən çox artıb. Təkcə 2025-ci ildə bu göstərici 50,9% yüksəlib. Eyni dövrdə müştəri bazasında 71,8%, orta müştəri balansında isə 20,8% artım qeydə alınıb. 
Birbank Private müştərilərinə fərdi bankçılıq yanaşması, xüsusi maliyyə həlləri və gündəlik həyatlarını daha rahat edən geniş çeşidli premium xidmətlər təqdim edir. Müştərilər fərdi xidmət, prioritet dəstək və müxtəlif eksklüziv üstünlüklərdən yararlanmaqla yanaşı, bank əməliyyatlarını məsafədən və operativ şəkildə həyata keçirə bilirlər.
Birbank Private-ın əsas fəaliyyət prinsiplərindən biri müştəri sayının artırılmasından daha çox, mövcud müştərilərlə uzunmüddətli və etibarlı münasibətlərin qurulmasına üstünlük verməkdir. Bu məqsədlə hər bir müştəriyə fərdi müştəri meneceri, şəxsi investisiya portfelinin idarə edilməsi, fərdi kredit təklifləri, eləcə də milli və xarici valyutada depozit məhsulları təqdim olunur. Maliyyə bazarlarında dəyişkənlik müşahidə olunduğu zaman isə müştəri menecerləri qabaqlayıcı şəkildə müştərilərlə əlaqə saxlayaraq strategiyaları onların fərdi məqsədlərinə və bazardakı dəyişikliklərə uyğunlaşdırırlar.
Qeyd edək ki, Birbank Private 2025-ci ildə də International Investor nəşri tərəfindən "Best Private Banking Azerbaijan" (Azərbaycanın ən yaxşı özəl bankı) mükafatına layiq görülüb. Yeni mükafat bankın beynəlxalq səviyyədə tanınmasını və Azərbaycanın özəl bankçılıq bazarındakı mövqeyini daha da gücləndirir.
Birbank Private Birbank-ın yüksək gəlirli və fərdi bankçılıq xidmətlərinə ehtiyac duyan müştərilər üçün nəzərdə tutulmuş premium bankçılıq xidmətidir. Müştərilərə fərdi münasibətlərin idarə edilməsi, investisiya və portfel həlləri, xüsusi kredit və depozit məhsulları, eləcə də müxtəlif premium xidmətlər təqdim olunur. Fərdi yanaşmanı, maliyyə ekspertizasını və rəqəmsal rahatlığı bir araya gətirən Birbank Private etibarlı və uzunmüddətli müştəri münasibətləri qurmağı, Azərbaycanda özəl bankçılıq təcrübəsini davamlı olaraq inkişaf etdirməyi hədəfləyir. / azxeber.com

İqtisadiyyat       Tarix: 19 noyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Qırmızı Ürəklər Fondundan "Zəfər Payı" xeyriyyə aksiyası

8 Noyabr – Zəfər Günü münasibətilə Qırmızı Ürəklər Fondu qazilərə və onların ailələrinə dəstək məqsədilə "Zəfər Payı" xeyriyyə aksiyasını həyata keçirir. 2–10 noyabr 2026-cı il tarixlərində davam edəcək təşəbbü

Adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı ildə adi ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara növbəti limitlər ayrılır. xəbər verir ki, müraciətlərin qəbuluna 13 noyabr saat 15:00-da

Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçildi

Birbank-ın premium bankçılıq xidməti olan Birbank Private PWM/The Banker Global Private Banking Awards 2026 mükafatı çərçivəsində "Best Private Bank in Azerbaijan" (Azərbaycanın ən yaxşı özəl bankı) adına layi

"Azərsun Holdinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir

"AzərsunHoldinq" yerli fermerlərdən zeytun qəbulunu davam etdirir. Ölkəmizdə ərzaqtəminatının gücləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə töhfəverən "Azərsun Holdinq" yerli fermerlərdə

Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR

Rabitəbank Qarabağda sahibkarlığın inkişafının dəstəklənməsi, biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və regionda dayanıqlı iqtisadi əlaqələrin qurulması istiqamətində fəaliyyətin

Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir

Hərbçi müştərilərinə maliyyə ehtiyaclarını daha sərfəli şərtlərlə qarşılamaq imkanı yaradan Birbank xüsusi kredit kampaniyasına start verib. 12–30 noyabr tarixlərində davam edəcək kampaniya çərçivəsində hərbçilər 50 00 AZN-də

Marsol Group partnyorları kişi geyimləri mağazasının açılışında- FOTOLAR

Noyabrın 12-də Marsol Group partnyorları "Galvier Menswear" kişi geyimləri mağazasının açılış mərasimində iştirak ediblər. xəbər verir ki, tədbir işgüzar və səmimi atmosferdə baş tutub. Açılış mərasimində "Galvie

Ünvanlı sosial yardım alanlara şad xəbər - "Növbəti ildən…

"Ünvanlı sosial yardım üçün müraciət prosesi elektronlaşdırılıb və hazırda elektron müraciətlərə uyğun olaraq sıralama, yəni dövlət sistemində növbə ardıcıllığı müəyyənləşdirilir. Bu da müraciətlərə həmin növbə sıralamasın

TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi

Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasına qoşulub. xəbər verir ki, 4 noyabr 2026-cı il tarixində Müşfiqabad qəsəbəsində keçirilən aksiya zamanı iştirakçıla


yeni xeberler son xeberler azerbaycan xeberleri hava cəbhədən yeni xəbərlər xəbər metbuat xeberleri