AZAL-ın Pilotların Hazırlığı Mərkəzində yeni müasir uçuş trenajoru quraşdırılıb - FOTO/VİDEO

AZAL-ın Pilotların Hazırlığı Mərkəzində yeni müasir uçuş trenajoru quraşdırılıb - FOTO/VİDEOAZAL-ın Pilotların Hazırlığı Mərkəzində yeni müasir uçuş trenajoru quraşdırılıb - FOTO/VİDEO
"Azərbaycan Hava Yolları"nın Pilotların Hazırlığı Mərkəzində "Embraer E-190" tipli təyyarələrində uçuşların simulyasiyası üçün yeni təlim trenajor kompleksi quraşdırılıb.
Bu barədə Oxu.Az-a AZAL-dan məlumat verilib.
Bildirilib ki, yeni trenajor kompleksi Azərbaycan Milli Aviadaşıyıcısının pilotlarına xaricə getmədən ölkəmizdə hazırlıq keçmələrinə imkan verəcək.
Milli Aviasiya Akademiyasında trenajor kompleksinin quraşdırılması məqsədilə beynəlxalq pilotların hazırlığı mərkəzləri üçün irəli sürülən ən son tələblərə uyğun olaraq Trenajor kompleksinin yeni binası inşa edilib.
Trenajor kompleksinin istehsalçısı ABŞ-ın məşhur "FlightSafety International" şirkətidir.
Həmin trenajorun alınmasına dair müqavilə 16 dekabr 2019-cu il tarixdə Bakı şəhərində Azərbaycan tərəfindən AZAL-ın prezidenti Cahangir Əsgərov və Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev ilə "FlightSafety International" şirkəti tərəfindən - aviatrenajorlara xidmət üzrə icraçı direktor Con Van Maren (John C. Van Maren) və satış üzrə direktor Filip Delfur (Philiipe Delfour) arasında imzalanıb.
"FS1000 Embraer E190-E1 Level D Full Flight Simulator" tipli yeni trenajor kompleksi MAA-da quraşdırıldıqdan sonra, Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) tərəfindən uğurla sertifikatlaşdırılaraq trenajorlar üçün ən yüksək "D" səviyyəsinə uyğun olduğunu təsdiqlədi. Sertifikatlaşdırma prosesi zamanı EASA tərəfindən 170-dən çox keyfiyyət və uçuş proseduru üzrə testlər yoxlanıldı.
Trenajorun bütün sistemlərinin real hava gəmisi ilə uyğunluğu yoxlanılıb. Həmin kompleksdə təkcə Azərbaycan pilotları deyil, xarici aviaşirkətlərin pilotları da təlim keçəcəklər. "EMB190-100" tipli trenajor vasitəsilə uçuş zamanı təyyarənin kabinəsi, uçuş dinamikası və ətrafın görünmə dərəcəsi real həyatda olduğu kimi əks olunur. Bu, pilotlara təlimi uğurla başa vurduqdan sonra yeni tip hava gəmiləri üçün lisenziya almağa və ya yenidən hazırlıq keçməyə imkan verir.
"AZAL"ın Pilotların Hazırlıq Mərkəzi 2010-cu ildən fəaliyyət göstərir. Nəzəri və təcrübi hazırlıq şöbələrindən ibarətdir. Nəzəri təlim şöbəsi hər il 300-dən çox ixtisasartırma kursunda 7000-dən çox mülki aviasiya mütəxəssisinin iştirakını təmin edir. Təcrübi təlim şöbəsində peşəkar təyyarəni idarəetmə bacarıqlarının əldə edilməsi və saxlanılması üçün çox vacib olan Airbus A319/320, Boeing 757/767, ATR-42/72, eləcə də Mi-8AMT helikopteri üçün uçuş trenajorları fəaliyyət göstərir.
"AZAL" yeni "Embraer E-190" tipli hava gəmisi üçün uçuş trenajorunda ekipajın təlimi ilə bağlı videoçarx hazırlayıb.
Həmin videoçarxı təqdim edirik:

AZAL-ın Pilotların Hazırlığı Mərkəzində yeni müasir uçuş trenajoru quraşdırılıb - FOTO/VİDEOAZAL-ın Pilotların Hazırlığı Mərkəzində yeni müasir uçuş trenajoru quraşdırılıb - FOTO/VİDEO

Turizm       Tarix: 22 sentyabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir. Novruz bayramının gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdi

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrində

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezenesi ən son xəbərlər xeber saytlari