AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilib - FOTO

AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilib - FOTOAZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilib - FOTO
Azərbaycanın Milli aviadaşıyıcısının uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilib.
Toplantını giriş sözü ilə açan AZAL-ın prezidenti Cahangir Əsgərov bütün uçuş heyətinə yüksək peşəkarlıq səviyyəsinə, məhsuldar əməyinə, təcrübəsinə, mülki aviasiyanın inkişafına verdiyi töhfəyə və bu sahənin bu gün və gələcəkdə bütün əhəmiyyətini dərk etdiyinə görə təşəkkürünü bildirib. 
Cahangir Əsgərov qeyd edib ki, bu gün Azərbaycan mülki aviasiyasının uğurlu inkişafı Prezident İlham Əliyevin daimi dəstəyi və qayğısı sayəsində mümkün olub. 
Dövlət başçısının tapşırığına əsasən, işğaldan azad edilmiş Azərbaycan ərazilərində - Füzuli, Zəngilan və Laçın rayonlarında üç beynəlxalq hava limanının tikintisi həyata keçirilir. Bu gün Qarabağ səmasında, uzunmüddətli fasilədən sonra, milli naviqasiya sistemlərinin radioçağırış siqnalları ötürülür. İlk bu siqnalları AZAL təyyarələri qəbul edib.
Tədbir zamanı Azərbaycanlı pilotların hazırlığının və uçuşların təhlükəsizliyinin yüksək səviyyədə olduğu qeyd edilib. Xüsusilə, AZAL prezidenti Embraer E-190 tipli təyyarə üçün son nəsil trenajorun Azərbaycan Milli Aviasiya Akademiyasında fəaliyyət göstərən Pilotların Hazırlığı Mərkəzində tezliklə istifadəyə veriləcəyini bildirib. Bu kompleks, Airbus 319/320 və Boeing 757/767 tipli təyyarələrin mövcud uçuş simulyatorlarına əlavə olaraq, pilotların yüksək uçuş hazırlığı və ixtisasının artırılması üçün nəzərdə tutulub. Mərkəzdə təkcə Azərbaycanın deyil, həm də xarici aviaşirkətlərin pilotları uçuş hazırlığı və sertifikatlaşdırma keçir.
"Azərbaycanın mülki aviasiyası çoxillik təcrübəyə malikdir və biz bunu daim təkmilləşdiririk. Azərbaycanlı pilotların peşəkarlığının dünya aviatorlar birliyi tərəfindən təsdiq olunduğu təkzibedilməz faktdır. Bu gün uçuş heyətinin yüksək ustalığının təmin edilməsi üçün lazımi addımlar atılır", - deyə Cahangir Əsgərov qeyd edib. 
AZAL prezidenti bildirib ki, təhlükəsizlik səviyyəsinin yüksəldilməsi, həmçinin sərnişinlərin həyatı və sağlamlığının qorunmasının gücləndirilməsi məqsədilə Azərbaycanın Milli aviadaşıyıcısının bütün uçuş heyəti COVID-19 koronavirus infeksiyasına qarşı peyvənd olunub.
Görüşdə pilotlar yeni inşa edilmiş ofisdə uçuş heyəti üçün yaradılan rahat şəraitə görə AZAL rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Həqiqətən, son IOSA auditi (IATA Operational Safety Audit) zamanı ekspertlər Azərbaycanın Milli aviadaşıyıcısının uçuş heyəti üçün yaradılmış şəraitin ən ciddi beynəlxalq tələblərə uyğun olduğunu təsdiqləyiblər.
Qeyd edək ki, uçuş heyətinin toplantısında kişi kollektivi ilə yanaşı, bu gün hava gəmilərində daxili və beynəlxalq sərnişin reysləri yerinə yetirən qadın pilotlar da iştirak ediblər.
"Öz peşəsinin vurğunu olan qadın pilotlar da artıq bizim mehriban uçuş ailəmizin bir hissəsi oldu. Sovet hakimiyyəti illərində Azərbaycanın mülki aviasiyasında artıq sərnişin təyyarələrini idarə edən qadın pilotlar mövcud idi. İlk Azərbaycanlı təyyarəçi-qadın isə 1931- ci ilin iyulunda ilk uçuşunu həyata keçirən Leyla Məmmədbəyova olub", - deyə Cahangir Əsgərov qeyd edib.
AZAL-ın prezidenti həmçinin bildirib ki, rəhbərlik birgə məsələlərin həlli və əhəmiyyətli məqsədlərin həyata keçirilməsi istiqamətində daim uçuş heyəti ilə konstruktiv dialoqu təmin edir.
Görüşün sonunda Cahangir Əsgərov aviatorlara möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb.
AZAL-ın uçuş heyətinin ənənəvi ümumi toplantısı keçirilib - FOTO

Turizm       Tarix: 30 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində

AZAL Tivat şəhərinə bilet satışına start verib

AZAL Tivat şəhərinə bilet satışına start verib. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Monteneqronun kurortu olan Tivat şəhərinə bilet satışına start verdiyini elan edir. Bakı-Tivat-Bakı marşrutu üzrə ilk reys mayı

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO. "Azərbaycanda bu il Novruz bayramı Ramazan ayına təsadüf etdiyindən ölkəyə gələn turistlərin, xüsusilə müsəlman ölkələrindən gələn xarici vətəndaşları

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO. Fəridə Babayeva Azərbaycanın ən gənc xanım dağçısıdır. O, hələ 13 yaşı olanda Quba rayonunun Xınalıq kəndi yaxınlığında

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO. Tacikistanın "Somon Air" aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır. Bu barədə "Report"a açıqlamasında Tacikistanın "Dourgar


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər bugün 2026 cebheden xeberler xəbər az qarabag