AZAL Pilotların Hazırlığı Mərkəzinin imkanlarını genişləndirəcək - FOTO

AZAL Pilotların Hazırlığı Mərkəzinin imkanlarını genişləndirəcək - FOTOAZAL Pilotların Hazırlığı Mərkəzinin imkanlarını genişləndirəcək - FOTO
"Azərbaycan Hava Yolları" "FlightSafety International" şirkətindən "Embraer E-190" tipli təyyarə üçün son nəsil aviasiya trenajoru əldə edir.
Trenajor "Azərbaycan Hava Yolları" yanında Milli Aviasiya Akademiyasının Pilotların Hazırlığı Mərkəzində quraşdırılacaq.
Müvafiq sazişi dekabrın 16-da Bakıda Azərbaycan tərəfdən AZAL prezidenti Cahangir Əsgərov və Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayev, "FlightSafety International" tərəfdən isə aviasiya trenajorları xidmətləri üzrə icraçı direktor Con Van Maren və satış üzrə direktor Filipp Delfur imzalayıblar.
Müqavilənin ümumi dəyəri 11,5 milyon ABŞ dolları təşkil edir.
"FS1000 Embraer E190-E1 Level D Full Flight Simulator" yeni trenajor kompleksi
"Buta Airways" aviaşirkətinin pilotlarının tam təlim və sertifikatlaşdırılması üçün imkan yaradacaq. Sözügedən trenajorun alınması ilə bağlı ilkin razılıq bu ilin noyabr ayında "Dubai Air Show – 2019" sərgisi çərçivəsində əldə edilib.
"Milli Aviasiya Akademiyası Azərbaycanın mülki aviasiyası üçün kadrların hazırlandığı yerdir. Buna görə biz onun maddi-texniki bazanın genişləndirilməsi üzərində daim çalışırıq. MAA-nın rektoru akademik Arif Paşayev ilə birlikdə akademiyanın ərazisində trenajor komleksi üçün nəzərdə tutulmuş və inşası sona çatmaqda olan binanın tikilməsi barədə qərar qəbul etmişdik.
"Embraer E-190" və "Boeing 787 Dreamliner" tipli təyyarələr üçün aviasiya trenajorları yerləşdiriləcək. Bugünkü sazişin imzalanması aviasiya sahəsində kadr hazırlığı və peşəkarlıq səviyyəsinin artırılması üçün səylə çalışdığımızın daha bir təsdiqidir", –  Cahangir Əsgərov qeyd edib.
Qeyd edək ki, sözügedən trenajorda Azərbaycanın aviaşirkətlərinin pilotları ilə yanaşı xarici aviaşirkətlərin də pilotları təlim keçəcək.
AZAL Pilotların Hazırlığı Mərkəzi 2010-cu ildən fəaliyyət göstərir. Mərkəz nəzəri və praktiki hazırlıq şöbələrindən ibarətdir. Nəzəri tədris şöbəsi hər il 7000-dən çox mülki aviasiya mütəxəssisinin 300-dən çox kvalifikasiyanın artırılması kurslarında iştirakını təmin edir. Təcrübə təlim şöbəsində peşəkar pilot bacarıqlarının əldə edilməsi və dəstəklənməsi üçün çox əhəmiyyətli olan dörd uçuş aviasiya trenajoru fəaliyyət göstərir – "Airbus A319 / 320", "Boeing 757/767", "ATR-42/72", həmçinin "Mi-8AMT" vertolyotu. 
"FlightSafety" AZAL-ın bu qabaqcıl aviasiya trenajorunun təchizatçısı kimi bizi seçdiyindən çox qürur duyur. Sözügedən trenajor ən yüksək standart olan "D" səviyyəsinə uyğundur. Bu, AZAL-ın təhlükəsizliyə sadiqliyini və pilotlarına ən yüksək keyfiyyətli və effektiv təlim verməsinin əyani təsdiqidir. Aviaşirkət ilə münasibətlərimizin genişlənməsinə və Azərbaycanda olmağımıza ümid edirik", – Con Van Maren qeyd edib.
AZAL Pilotların Hazırlığı Mərkəzinin imkanlarını genişləndirəcək - FOTOAZAL Pilotların Hazırlığı Mərkəzinin imkanlarını genişləndirəcək - FOTOAZAL Pilotların Hazırlığı Mərkəzinin imkanlarını genişləndirəcək - FOTO

Turizm       Tarix: 17 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır. "İnquşetiya hökuməti Bakıya qatarların hərəkətini təmin etmək üçün ötən əsrin 90-cı illərindən boş qalan dəmiryol relslərini təmizləyir"

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO. Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok"

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir. Novruz bayramının gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdi

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO. Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir"

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın


son xeberler azerbaycan xeberleri yeni xeberler qarabag bugunun xeberleri son xeberler bugun 2026 canli ən son xəbərlər bugün