AZAL reyslərində "IATA Travel Pass" tətbiqinin sınaqdan keçirilməsi müddəti uzadıldı - VİDEO

AZAL reyslərində AZAL reyslərində "IATA Travel Pass" tətbiqinin sınaqdan keçirilməsi müddəti uzadıldı - VİDEO
Pandemiya dövründə səyahəti asanlaşdırmağa imkan verən "IATA Travel Pass" mobil tətbiqinin sınaq müddəti 20 sentyabr 2021-ci ilə qədər uzadılır.
Smartfonlarda quraşdırılmış və sərnişinin sağlamlığı haqqında uçuş üçün lazım olan bütün məlumatları ehtiva edən rəqəmsal "IATA Travel Pass" uçuşqabağı rəsmiyyətləri asanlaşdırır.
Hazırda "IATA Travel Pass" tətbiqini AZAL və "Buta Airways"in aşağıdakı reyslərinin sərnişinləri yükləyə bilər:
- AZAL - Bakı - İstanbul - Bakı (GYD-IST-GYD)
- AZAL - Bakı - Moskva - Bakı (GYD-DME-GYD)
- Buta Airways - Bakı - İstanbul - Bakı (GYD-SAW-GYD)
- Buta Airways - Bakı - Jukovski - Bakı (GYD-ZIA-GYD).
Tətbiqin xidmətləri Azərbaycandan bu reyslərlə yola düşən bütün sərnişinlər və ölkəyə gələn Azərbaycan vətəndaşları üçün mümkündür. "IATA Travel Pass" tətbiqi vasitəsilə rəqəmsal pasportu təqdim edən sərnişinlərə qeydiyyat masasında prioritet qaydada xidmət göstəriləcək. Onlar, eyni zamanda, Heydər Əliyev Beynəlxalq Aeroportuna gəliş zamanı sərhəd nəzarətindən prioritet qaydada keçid xidmətlərindən (Fast Track) istifadə edə biləcəklər.
AZAL və "Buta Airways" reyslərində "IATA Travel Pass" tətbiqin sınaqdan keçirilməsində iştirak edən "AZAL Miles" bonus proqramının hər bir iştirakçısına əlavə 250 bonus mil hesablanacaq. Bundan əlavə, Bakıdan yola düşən sərnişinlər, "Travel Pass" proqramına qoşulmuş klinikalarda və laboratoriyalarda PCR test müayinəsinə güzəst əldə edəcəklər.
iOS (13.2 və daha yüksək versiyası) və "Android" (6.0 və daha yüksək versiyası) bazasında mobil cihazlar üçün "IATA Travel Pass" tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:
- Apple AppStore
- Google Play
Qeyd etmək lazımdır ki, "IATA Travel Pass" tətbiqi sərnişinlərin fərdi məlumatlarının icazəsiz istifadədən qorunması nəzərə alınmaqla hazırlanıb.
Şəxsi məlumatlar IATA serverlərində və ya digər bulud xidmətlərində saxlanılmır ki, bu da onların sızma riskini minimuma endirir.
Tətbiqin istifadəsinə dair ətraflı təlimat və dəvət kodu ilə aviaşirkətin saytında aşağıdakı linkdən keçid edərək tanış olmaq mümkündür. 
"IATA Travel Pass" tətbiqinin necə işlədiyi barədə məlumatı qısaca bu videodan əldə edə bilərsiniz:

/oxu.az

Turizm       Tarix: 16 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir. Novruz bayramının gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdi

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrində

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezenesi ən son xəbərlər xeber saytlari