AZAL səyahət rahatlığını artırır: sərnişinlər artıq yan oturacağı əvvəlcədən bloklaya bilərlər
Azərbaycanınmilli aviadaşıyıcısı AZAL ekonom sinifdə səyahət edən sərnişinlər üçün şəxsi məkanı və komfortu artıran yeni xidməti istifadəyə verib. Artıq sərnişinlər yanoturacağı və ya bütün sıranı əvvəlcədən "bloklaya" bilərlər.
Yenixidmət uçuş zamanı daha rahat hərəkət imkanı və geniş şəxsi məkan təmin edir.Bu yenilik AZAL-ın müştəriyönümlü yanaşmasının, fərdiləşdirilmiş səyahət həlləriningenişləndirilməsi və sərnişin rahatlığının artırılması strategiyasının növbətiaddımıdır. Xidmət yalnız ekonom sinif üçün keçərlidir, biznes sinif və "ExtraLegroom" kateqoriyasına aid ekonom sinif yerlərə şamil edilmir.
Xidmətintətbiqi qaydası:
–Aviabilet alındıqdan sonra sərnişinə uçuşdan bir neçə gün əvvəl yan oturacağı bloklamaqimkanı barədə elektron məktubla müraciət göndərilir. Eyni zamanda sərnişin azal.az veb-saytının "AZAL Upgrade" səhifəsi və ya "Rezervasiyanın idarə edilməsi"bölməsinə daxil olaraq xidmətdən istifadə ilə bağlı öz təklifini edir.
–Uçuşdan əvvəl sərnişinə təklifinin qəbul olunub-olunmaması barədə məlumat göndərilir.
–Xidmətin dəyəri marşrutdan, uçuşun müddətindən və həmin anda təyyarənin doluluqsəviyyəsindən asılı olaraq dəyişir.
–Xidmət yalnız boş yerlər mövcud olduqda aktivləşdirilir. Əgər reys tam doluolarsa və oturacaq digər sərnişinə verilərsə, ödəniş avtomatik olaraq geriqaytarılır və sərnişinə bu barədə bildiriş göndərilir.
Xidmətinistifadəsinə dair videotəlimatla bu keçid vasitəsilə tanış olmaq mümkündür: / azxeber.com

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür