Azər Türk Bank kredit faizlərini bir daha endirdi
Daim müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə başladığı kampaniyanı yeni, daha sərfəli şərtlərlə davam etdirir.
Azxeber.com xəbər verir ki, kampaniya ərzində 3 aydan 12 ay müddətinədək rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsi 14% olacaqdır.
Həmçinin, 13 aydan 24 ayadək olan istehlak kreditlərinin faiz dərəcəsi 15%-ə endirilmişdir.
Qeyd edək ki, 24 ayadək verilən kreditlər üzrə komissiya nəzərdə tutulmamışdır.
Bundan əlavə, Bank müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 000 manat, təminatsız verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsində müəyyənləşdirmişdir.
Kampaniyanın müddəti 30 sentyabr 2021-ci il tarixinədəkdir.
Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.
Ətraflı məlumatı saytından, Azər Türk Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.


Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar