Azər Türk Bank ötən ili uğurla başa vurdu

Azər Türk Bank ötən ili uğurla başa vurduAzər Türk Bankın 01 yanvar 2026-ci il tarixinə aktivləri 2,2 milyard manat səviyyəsində olmuş, kredit portfelinin həcmi  isə 787,4 milyon manat təşkil etmişdir. 
Qeyd edək ki, kiçik və orta biznes (KOB) subyektlərinə verilən kreditlərin həcmi ötən dövrlə müqayisədə 32,5%, istehlak kreditləri 11% artmışdır.
2025-ci ildə Bankın gəlirləri 13% artaraq, 165 milyon manat, xərcləri 155 milyon manat, əməliyyat mənfəəti 22 milyon manat səviyyəsində olmuşdur.    İl ərzində  Azər Türk Bank 10 milyon manat həcmində xalis mənfəət əldə etmişdir.
Bankın məcmu kapitalının həcminə gəldikdə isə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 12% artımla 110,8 milyon manat olmuşdur.  Azər Türk Bankın nizamnamə kapitalının həcmi 100,5 milyon manatdır
Hesabat dövrü ərzində Bankın depozit portfelinin həcmi 1,6 milyard manat təşkil etmişdir ki, bu da ötənilki göstəricidən 7% çoxdur. 2025-ci ildə əhali tərəfindən banka 232 milyon manat əmanət qoyulub.
Bank tərəfindən il ərzində 2820 POS-terminal və təmassız əməliyyatları dəstəkləyən yeni nəsil 18 ATM müştərilərin ixtiyarına verilməklə, bu xidmət avadanlıqlarının sayı müvafiq olaraq, 7713 və 83 ədəd olmuşdur  Bankomatlarda bütün növ kartlar üçün təmassız funksiya aktivləşdirilib. Ən başlıcası, bu unikal cihazlarda smartfon vasitəsilə də əməliyyatlar aparmaq mümkündür.
Ötən il Bank və "Visa" Beynəlxalq Ödəniş Sistemi arasında rəqəmsal maliyyə infrastrukturunun daha da inkişaf etdirilməsi sahəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Memorandum imzalanıb.
Sənədə əsasən Visa beynəlxalq təşkilatının rəqəmsal bankçılığın inkişafı istiqamətində ərsəyə gətirdiyi yeni həllər tətbiq üçün ilkin olaraq Azər Türk Banka təqdim edilir.
Həmçinin, keçən ildən etibarən Bank dünyanın aparıcı ödəniş şəbəkələrindən biri olan UnionPay International beynəlxalq ödəniş sisteminə aid kartlar üzrə xidmətə başlamışdır. UnionPay brendi ilə tərəfdaşlıq Azər Türk Bankla əməkdaşlıq edən ticarət və xidmət obyektlərinin yeni satış imkanları əldə etməsinə kömək edir.
Qeyd edək ki, 2025-ci ildə Azər Türk Bankın nümayəndələri Frankfurt şəhərində keçirilən Sibos forumunda iştirak etmişlər. Bankın bu nüfuzlu forumda iştirakı  qlobal maliyyə icması ilə açıq dialoqa və ən yaxşı beynəlxalq təcrübələrin tətbiqinə sadiqliyini göstərir. Bununla yeni əməkdaşlıq imkanları açılır və strateji kursun əsas istiqamətlərindən biri olan Bankın beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilir.
Ötən il Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azər-Türk Bank" ASC-nin  səhmlərinin 51 % hissəsini əldə edərək bankın yeni səhmdarı olub. Bununla da Bank öz inkişafının yeni fazasına daxil olmuşdur.
Görülən işlərin nəticəsi olaraq, beynəlxalq reytinq agentliyi "S&P Global Ratings" "Bankın uzunmüddətli və qısamüddətli emitent kredit reytinqlərini "B+/B" səviyyəsində, sabit proqnozla təsdiqləyib. / azxeber.com

İqtisadiyyat       Tarix: 17 yanvar 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun son xeber bugünkü son xəbərlər xankendi