Azər Türk Bank "Qış Kampaniyası"na start verdi

Azər Türk Bank "Qış Kampaniyası"na start verdiMüştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan, hər zaman onlara ən əlverişli şərtlərlə məhsul və xidmətlər təklif edən dövlət bankı Azər Türk Bank dekabr ayının 2-dən etibarən "Qış Kampaniyası" adlanan növbəti endirim kampaniyasına başlayır.
2020-ci ilin 31 yanvar tarixinədək davam edəcək bu kampaniya müddətində "İstehlak", kreditlərinin illik faiz dərəcəsinə  4%-dək endirim tətbiq edilir. Endirimdən sonra kreditlərin illik faizi dərəcəsi 16%-dən başlamaqla, kreditlərin maksimum müddəti 48 ay müəyyən edilmişdir.
Bundan əlavə, Bank göstərilən tarixlər ərzində müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq kreditin maksimum məbləğini 25 000 manat, zaminsiz verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsinədək artırılması barədə qərar vermişdir.
Qeyd edək ki, 20 aydan yuxarı müddətə rəsmiləşdirilən istehlak krediti üzrə qrafikə uyğun həyata keçirilən aylıq ödənişin 1,5% nisbətində olan hissəsini ölkədə yeganə Bank olaraq müştəriyə geri qaytarır (cashback).
Bankda əmanət yerləşdirmək istəyən müştərilər də "Qış Kampaniyası"ndan faydalana biləcəklər. Belə ki, dekabr ayı ərzində milli valyutada açılan 36 aylıq "Klassik" əmanətinin faizləri artırılaraq 10% səviyyəsində müəyyənləşdirilmişdir.
Həmçinin bu kampaniyada plastik kart əldə etmək istəyən müştərilər üçün də əhəmiyyətli güzəştlər nəzərdə tutulmuşdur. Cari ilin 01-30 dekabr tarixləri arası Azər Türk Banka müraciət edənlər, xüsusi imkan və üstünlüklərə malik VISA / MasterCard Gold və MasterCard Platinum debet kartlarını dəyərinin cəmi 20% ödəməklə əldə edəcəklər.
Bunun üçün Bankın istənilən xidmət ofisinə gələrək şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, yaxud onlayn sifariş vermək olar. Sifariş  üç iş günü, yaxud təcilidirsə, qəbul olunmuş şərtlər nəzərə alınmaqla, bir gün ərzində yerinə yetirilir.
Eləcə də 30 dekabr tarixinədək kredit kartı alan müştərilərə, kreditin müddətinə uyğun olaraq, MC Gold və ya VISA Gold kartları Bank tərəfindən hədiyyə olunacaq.
Daha ətraflı məlumatı www.atb.az  saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz. /news.milli.az

İqtisadiyyat       Tarix: 02 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari son xeber az valyuta en son xeberler