Azər Türk Bankdan yeni dizaynlı plastik kartlar və pulsuz xidmət
Azər Türk Bank özünə məxsus ödəniş kartlarının istifadədə rahatlığı və təhlükəsizliyi qayğısına qalmaqla yanaşı, həmçinin onların vizual və estetik görünüşünün daha da maraqlı, gözoxşayan olması barədə düşünür. Belə ki, aparılan restaylinq prosesinin növbəti mərhələsi olaraq, Bank tərəfindən özəl və nəfis tərtibatlı yeni plastik kartlar hazırlanmışdır. Bank kartları dizaynında ən son tendensiyaları özündə əks etdiən bu kartlar tezliklə müştərilərin ixtiyarına veriləcəkdir.
Həmçinin Bankın yeni prosessinq mərkəzinin imkanları nəzərə alınmaqla ən müasir mobil tətbiqlərdən olan "ATB 360" mobil bankçılıq xidməti üzərində də işlər uğurla davam etdirilir. Bununla əlaqədar olaraq, 6 dekabr tarixindən etibarən kart sahibi olan müştərilər üçün SMS-məlumatlandırma xidməti pulsuz olacaqdır.
Azər Türk Bankın plastik kartlarına sahib olmaq üçün Bankın istənilən xidmət ofisinə gələrək, şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, yaxud onlayn daxil olaraq onlayn sifariş vermək olar.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı www.atb.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz. /news.milli.az

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib