Azər Türk Bankın daha bir filialı fəaliyyətə başladı - FOTOLAR
Dövlət bankı Azər Türk Bank öz fəaliyyətinin zamanın tələbinə, müasir dünyanın meyarlarına tam uyğunlaşdırılması istiqamətində işlərini davam etdirir.
Azxeber.com xəbər verir ki, görülən tədbirlər sırasında növbəti addım Bankın daha bir xidmət strukturunun – müasir formatda, rəqəmsal konseptdə yenidən qurulmuş "Mərkəz" filialının yeni ünvanda müştərilərin istifadəsinə verilməsidir.
Bakı şəhəri, Nəsimi rayonu, Xaqani küçəsi 103A ünvanda yerləşən filial Bankın yeni innovativ xidmət şəbəkəsində daha bir modern ofisidir.
Üstün xidmət səviyyəsi təqdim olunan bu filialda bankın müştərilərinə müxtəlif növ kreditlər, ödəniş kartları, depozit qutularının icarəsi də daxil olmaqla bank xidmətləri göstərilir.
Müştərilərin burada terminallardan özünəxidmət üçün istifadə etməklə, istənilən bank xidmətini internetdən, mobil əlavədən və digər vasitələrlə məsafədən əldə edə bilməsi üçün hər bir şərait yaradılmışdır. Filialda bütün xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur
Yaxın vaxtlarda Bankın digər xidmət ofisləri də öz fəaliyyətini eynilə bu konsepsiya üzərində davam etdirəcəkdir.
Qeyd edək ki, Bank ötən ilin sonlarında müasir tipli "Rəqəmsal" filialını müştərilərin ixtiyarına vermişdir.
Azər Türk Bank klassik bank modelindən uzaqlaşmaq, modernləşdirilmiş elektron xidmət şəbəkəsi qurmaq niyyətindədir.
Bankın son dövrdə qurduğu ekosistem, yenilənən xidmət şəbəkəsi Azərbaycanda tələb oluna biləcək ən müasir sistemləri və məhsulları təqdim etməyə imkan verəcəkdir.
Daha ətraflı məlumatı saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.





Kurslar.az kurslar [newsid: 0-123300]

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar