Azər Türk Bankın xüsusi təqaüdünü alacaq tələbələr müəyyən edildi - FOTOLAR
Dövlət bankı Azər Türk Bank tələbələrin təlim nailiyyətlərinin yüksəldilməsini stimullaşdırmaq və dəstəkləmək məqsədi ilə, təhsil üzrə göstəriciləri yüksək olan tələbələr üçün Vətən müharibəsində Şəhid olmuş əməkdaşı, mühəndis proqramçı Rauf Əliyevin xatirəsinə xüsusi təqaüd təsis etmişdir.
azxeber.com xəbər verir ki, bu sosial proqrama, şərtlərə görə, ali təhsil müəssisələrində informasiya texnologiyaları yönümlü ixtisaslar üzrə təhsil alan, yüksək nəticələri olan ikinci və üçüncü kurs tələbələri Banka onlayn müraciət etməklə qoşulmuşlar.
Azər Türk Bankın nümayəndələrinin iştirakı ilə seçilən 10 nəfər tələbə 2022-ci ili əhatə edən tədris dövrü üzrə, bu ilin ötən ayları da nəzərə alınmaqla hər ay (3 aylıq yay tətilini çıxmaq şərti ilə) Bank tərəfindən təqaüd alacaqlar.
Martın 11-də Azər Türk Bankın Baş ofisində təqaüdçülərlə görüş olmuşdur. Şəhid Rauf Əliyevin valideynlərinin də iştirak etdiyi bu tədbirdə tələbələrə təqaüd sertifikatları təqdim edilmişdir.
Təqaüdə layiq görülən tələbələr:
· Məmmədli Kənan
UNEC, İnformasiya Texnologiyaları Mühəndisliyi
· Mirizadə Ləman
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Kompüter elmləri
· Ağayeva Afət
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Kompüter elmləri
· Mamedova Nərmin
Bakı Ali Neft Məktəbi, Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi
· Həsənov Oqtay
Bakı Mühəndislik Universiteti, Kompüter Mühəndisliyi
· Teymurova Arzu
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Kompüter elmləri
· Murad Abdullayev
Bakı Ali Neft Məktəbi, İnformasiya Təhlükəsizliyi
· Şəbnəm Mirzəyeva
Bakı Mühəndislik Universiteti, İnformasiya Təhlükəsizliyi
· Hüseynbaba Rzaquliyev
Bakı Mühəndislik Universiteti, Kompüter mühəndisliyi
· Radmila Musayeva
Bakı Ali Neft Məktəbi, İnformasiya təhlükəsizliyi




Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR