Azərbaycan 2020-yə yeni uğurlara imza atmaq əzmi ilə qədəm qoyub - Ekspert

Azərbaycan 2020-yə yeni uğurlara imza atmaq əzmi ilə qədəm qoyub - Ekspert2019-cu il Azərbaycan üçün ən uğurlu illərdən biri kimi tarixə qovuşdu. Prezident İlham Əliyev böyük peşəkarlıqla öz doğma yurdunu xarici təhlükələrdən qorumaqla yanaşı, onu daha da inkişaf etdirdi, bütün sahələrdə irəliləyişlərə nail olundu. Ötən il dünyanın əksər ölkələrində siyasi kataklizmlər, kütləvi etirazlar, qarşıdurmalar azalmadı, əksinə daha da artdı desək, yanılmarıq. Belə bir mürəkkəb şəraitdə həssas bölgədə yerləşən Azərbaycanda İlham Əliyevin siyasi ustalığı sayəsində sabitlik qorundu və yeni uğurlara imza atıldı.
Milli.Az bildirir ki, bunu Trend-ə sosial məsələlər üzrə ekspert Elman Babayev deyib. Onun sözlərinə görə, məhz sabitlik imkan verdi ki, cәmiyyәtin bütün gözlәntilәrini gerçәklәşdirən, hәr bir fәrdin marağına cavab verәn çevik vә qәtiyyәtli qәrarlar qәbul edilsin.
Ekspert vurğulayıb ki, İlham Əliyevin rəhbərliyi ilə 2019-cu ildə Azәrbaycanda möhkәm tәmәllәrә söykәnәn vә dinamik sosial-iqtisadi tәrәqqini tәmin edәn siyasi sabitlik, vәtәndaş sülhü, milli hәmrәylik qorunub saxlanıldı, ictimai hәyatın bütün sahәlәrindә yeni dövrün tәlәblәrinә uyğun islahatlar aparıldı, qeyri-neft sektorunun ümumi daxili mәhsuldakı çәkisi artdı, regionların proporsional inkişafı, yeni istehsal müәssisәlәrinin açılması davam etdi, işsizliyin artmaması, bu problemin aradan qaldılıması üçün əməli işlər görüldü, vәtәndaşların sosial müdafiәsinin gücləndirilməsi üçün indiyə qədər şahidi olmadığımız daha böyük maliyyə tutumu olan sosial paket icra olundu, Azәrbaycanı böyük nüfuz sahibinә, bölgədə lokomotiv dövlәtә çevirәn qlobal enerji vә kommunikasiya layihәlәri ardıcıl surәtdә hәyata keçirildi, xarici investisiyaların regionların inkişafına yönәldilmәsi, ölkәdә azad sahibkarlıq vә biznes mühitinin formalaşdırılması istiqamətində yeni addımlar atıldı və s.
E.Babayevin sözlərinə görə, qeyd olunanlarla yanaşı, o da xüsusi vurğulanmalıdır ki, Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmləndi: "Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində açıqladığı faktlara diqqət edək - İl ərzində 40-dan çox dövlət və hökumət başçısı Azərbaycana səfər edib, Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçirilib, ölkəmiz Şuraya sədrlik etməyə başlayıb, Qoşulmama Hərəkatının Zirvə Görüşü Azərbaycanda keçirilib və 120 ölkənin yekdil qərarı ilə Azərbaycan bu böyük təsisata 3 il ərzində sədrlik edəcək. Bakıda Dünya dini liderlərinin Zirvə görüşü baş tutub, 70 ölkədən gələn dini liderlər Azərbaycanda gedən proseslərə çox müsbət qiymət veriblər. Bunlardan başqa, NATO və Rusiya silahlı qüvvələrinin baş komandanları il ərzində Azərbaycanda görüşüblər. Bütün bu sadalananlar Azərbaycana göstərilən ən böyük etimad, inamdır. Rəsmi Bakı ona nail olub ki, dünya birliyinin böyük əksəriyyəti, əsas güc sahibləri Azərbaycanı dəstəkləyir və ölkəmizə böyük hörmətlə yanaşır".
Ekspert əlavə edib ki, bu inam, etimad Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prinsipial mövqeyimizin daha da güclənməsində xüsusi rol oynayır: "Üstəlik, Azərbaycanın artan iqtisadi, hərbi, siyasi gücü, o cümlədən demoqrafik artım-kimi amillər mövqeyimizi gücləndirir. Beləliklə, Azərbaycan 2020-yə yeni islahatlara, uğurlara imza atmaq əzmi ilə qədəm qoyub. Heç kim şübhə etmir ki, ötən il ölkəmizdə həyata keçirilən siyasi islahatlar, kadr islahatları, struktur islahatları, iqtisadi, siyasi və sosial sahələrdə aparılan islahatlar öz bəhrələrini verəcək və gücümüz daha da artacaq.
2020-ci ildə Azərbaycanı daha nələr gözləyir - sualına cavab axtarsaq, bura qeyd olunanlarla yanaşı, ölkəmizin iqtisadi gücünün daha da artacağını, sosial rifahın güclənəcəyini, maliyyə imkanlarımızın dayanıqlılığının təmin olunacağını, qeyri-neft sektorunda, xüsusilə kənd təsərrüfatında artımın daha böyük templərlə davam edəcəyini, şəffaflıq və vətəndaş məmnunluğuna gətirib çıxaran addımların intensivləşəciyini əlavə etmək olar. Hökm sürən siyasi sabitlik, iqtisadi inkişaf imkan verəcək ki, Azərbaycan dövlətinin gücü 2020-ci ildə daha da artsın, beynəlxalq aləmdəki nüfuzu yüksəlsin".
Milli.Az  /news.milli.az

İqtisadiyyat       Tarix: 03 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxəbərlər butun xeberler cəbhədən son vəziyyət xabarlar