Azərbaycan artıq nəinki özünün, həm də digər qeyri-OPEC ölkələrinin təşkilata inteqrasiyasını təmin edib

Azərbaycan artıq nəinki özünün, həm də digər qeyri-OPEC ölkələrinin təşkilata inteqrasiyasını təmin edibAzərbaycan Prezidenti İlham Əliyev 5 il əvvəl Davosda bütün neft istehsalçılarının mənafeyini nəzərə alan bir həll formulu irəli sürdü. Bu, yalnız OPEC ölkələrinin deyil, qeyri-OPEC ölkələrinin də neft bazarının tənzimlənməsi prosesinə cəlbi idi və belə bir təşəbbüslə ilk dəfə olaraq Azərbaycan çıxış etdi. Bu təşəbbüs "OPEC plus" formatının yaradılmasında mühüm rol oynadı. Azərbaycan bu təşəbbüsün müəllifi olmaqla yanaşı, həm də qəbul edilmiş qərarların icrasına, "OPEC plus" əməkdaşlığının davamlılığına ardıcıl töhfələr verir. Azərbaycan bu missiyası ilə artıq nəinki özünün, həm də digər qeyri-OPEC ölkələrinin təşkilata inteqrasiyasını təmin edib. Belə ki, hər bir neft istehsalçısı kimi bizim üçün də əsas məqsəd bazarda balansın, sabitliyin təmin edilməsidir. Bu məsələ isə təşkilata üzvlüklə deyil, həmrəylik və əməkdaşlıqla mümkündür.
Milli.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Energetika Nazirliyindən bildirilib.
Nazirlikdən qeyd edilib ki, OPEC-ə inteqrasiyanın bugünkü anlamı da məhz daha çox neft ölkəsinin bu məqsəd ətrafında birləşməsidir. Təsadüfi deyil ki, Azərbaycan neftlə bağlı müzakirələrdə hazırkı kəskin tələbat çatışmazlığı və volatillik vəziyyətində neft bazarına zəruri dəstəyə nail olmaq üçün digər neft istehsalçılarının da bu prosesə qoşulmasına çağırışlar edir. Onu da əlavə edək ki, OPEC ilə uzunmüddətli münasibətlər "Neft İstehsal Edən Ölkələr arasında Əməkdaşlıq Xartiyası" çərçivəsində də təmin edilir.
Qeyd edilib ki, neft sənayesinin hazırkı və gələcək inkişafı üçün münasib qiymətlərin müəyyənləşməsində başlıca faktor neftə iqtisadi inkişafla dəstəklənən qlobal tələbatda artımdır. Lakin dünyada hazırkı iqtisadi geriləmə və tələbatın bərpa müddətinin qeyri-müəyyənliyi neftin bahalaşmasına təzyiq edir. "OPEC plus" tədbirləri, eləcə də digər ölkələrdə hasilatın azalması təklif tərəfdən qiymətə dəstək versə də, neftin 50 dollar qiymət dəhlizində sabitləşməsindən danışmaq hələ tezdir. Lakin arzuediləndir. Neft sənayesi proqnozlaşdırılması çətin olan və qeyri-sabit dövrünü yaşayır. Belə bir vəziyyətdə əsas məsələ neft bazarında böhranın dərinləşməsinə yol verməməkdir. Neft hasilatının böyük həcmlərdə azaldılması ilə bağlı tədbirlər də məhz bu məqsədə xidmət edir.
Milli.Az  /news.milli.az

İqtisadiyyat       Tarix: 20 iyun 2020
f Paylaş

Oxşar xəbərlər

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi

"Sonra ödəyərəm". Hamımız ömrümüzdə bir dəfə də olsa bunu demişik. Sonra isə ya unutmuşuq, ya da son günün tələskənliyinə düşmüşük. Yelo App-də avto-ödəniş funksiyası ilə bu vərdiş artıq keçmişdə qalır! Yeni imka

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbər maşın realiti şou kriminal bugun cəbhədən son xəbərlər