Azərbaycan Avropa ilə Asiyanın eneri və nəqliyyat xəritəsində dəyişiklik etmək qüdrətinə necə sahibləndi? - ŞƏRH

Azərbaycan Avropa ilə Asiyanın eneri və nəqliyyat xəritəsində dəyişiklik etmək qüdrətinə necə sahibləndi? - ŞƏRH"Yeni müstəqillik əldə etmiş bir dövlətin çox qısa zaman kəsiyində Avropanın enerji və nəqliyyat xəritəsində dəyişiklik etmək qədər uğur qazana bilməsi yalnız düşünülmüş və uzaqgörən neft-qaz, nəqliyyat strategiyası və bu strategiyanın yüksək səviyyədə reallaşdırılması nəticəsində mümkün ola bilərdi".
Milli.Az xəbər verir ki, bunu Trend-ə iqtisad elmləri doktoru, professor Fikrət Yusifov deyib. Onun sözlərinə görə, bu yolun əsası 1994-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən qoyuldu: "Azərbaycanda ictimai-siyasi vəziyyətin qeyri-sabit olduğu, bir-birinin ardınca dövlət çevrlişi cəhdlərinin baş verdiyi bir dönəmdə məhz ulu öndərin siyasi iradəsi və qətiyyəti nəticəsində dünyaca məhşur neft şirkətləri milyardlarla dollar yatırımlar etməklə "Əsrin müqaviləsi"nin reallaşdırılmasına imza atdılar. Ulu öndərin həmin dövrdə nümayiş etdirdiyi böyük siyasi iradə və qətiyyət nəticəsində ərəsəyə gətirilən bu kontrakt Azərbaycanın uzun müddət üçün hesablanmış uğurlu enerji və nəqliyyat siyasətinin təməl daşına çevrilməklə yanaşı, həm də onun bütün iqtisadi və siyasi uğurlarının başlanğıc nöqtəsi oldu.
"Əsrin müqaviləsi"ndən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 sazişin imzalanması isə öz növbəsində hasil olunan nefti dünya bazarlarına çıxara biləcək yeni boru kəmərlərinin çəkilməsini - boru nəqliyyatının inkişafını zəruri etdi. Beləliklə, 1999-cu ildə Qara dənizin Supsa limanına Bakıdan neft kəməri çəkilib istifadəyə verildi. Bunun ardınca 2002-ci ildə "Əsrin müqaviləsi"ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi Bakı-Tbilisi-Ceyhan əsas neft ixracı kəmərinin təməli qoyuldu və artıq 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlandı".
F.Yusifov vurğulayıb ki, Azərbaycan böyük qaz ehtiyatlarına malik bir ölkədir. Bu qazın qonşu ölkələrin bazarlarına və oradan da Avropa bazarlarına çıxarılması strategiyası Azərbaycanın təməli 1994-cü ildə "Əsrin müqaviləsi" ilə qoyulmuş enerji strategiyasının XXI əsrdə uğurla davam etdirilməsi demək idi: "Dünyanın ən zəngin qaz yataqlarından biri olan "Şahdəniz" yatağındakı qazın Avropaya daşınması ideyası Prezident İlham Əliyevə məxsusdur. Bu məqsədlə 2007-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Ərzurum qaz kəməri "Şahdəniz" yatağının birinci mərhələsi çərçivəsində hasil edilən qazın Gürcüstan, Türkiyə və Yunanıstana ixrac edilməsinə imkan verdi.
"Şahdəniz 2" yatağından başlanğıc götürən Cənub Qaz Dəhlizi layihəsi uzun illər ərzində qoca qitəni rahatsız edən bir məsələnin həllinə - Avropanın qaz təchizatının şaxələndirilməsinə öz töhvəsini verəcək. Bu gün bu layihəsinin dörd siqmentindən üçündə ("Şahdəniz 2", CQD, TANAP) işlər tam başa çatıb və artıq Şahdəniz yatağından qaz Türkiyəyə nəql edilir. Layihənin dördüncü siqmenti (TAP) üzrə işlərin 90%-dən çoxu icra edilib və bu il biz Azərbaycan qazının Avropaya nəql olunmasının şahidi olacağıq".
Ekspert qeyd edib ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında söz sahibinə çevrilməklə yanaşı, şərqlə qərbi, şimalla cənubu birləşdirən nəhəng nəqliyyat dəhlizlərinin keçdiyi bir məkana çevrilib: "2017-ci il oktyabrın 30-da istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin etməklə, qədim İpək Yolunun polad magistrallar üzərində bərpası deməkdir. Bakı-Tbilisi-Qars dəmir yolu Çindən Avropaya yüklərin çatdırılması müddətini dəniz daşımalarına nisbətən üç dəfəyə yaxın azaldır.
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasındakı təşəbbüsləri bu gün Azərbaycanı Avropa ilə Asiya coğrafiyasının mərkəzində mühüm nəqliyyat-logistika qovşağına çevirir. Şimal-Cənub nəqliyyat dəhlizi Hindistan, Pakistan, İran, Azərbaycan, Rusiya və Şimali Avropa ölkələrini birləşdirəcək. Azərbaycan dünyada yeganə ölkədir ki, onun həm Rusiya, həm də İranla quru sərhədi var və bu coğrafi yerləşmə üçtərəfli regional əməkdaşlığın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Son 25 ildə Azərbaycan reallaşdırdığı nəhəng enerji və nəqliyyat layihələri ilə bütün dünyanın diqqətini özünə cəlb edə bildi. Bu layihələrin reallaşdırılması Azərbaycana kifayət qədər iqtisadi və siyasi dvidendlər gətirir. Bu gün Azərbaycanın regiondakı əhəmiyyəti və nüfuzu o qədər yüksəkdir ki, bölgədə hər hansı bir böyük layihənin reallaşdırılması onun iştirakı və sözü olmadan mümkün deyil. Azərbaycanın reallaşdırdığı nəhəng enerji və nəqliyyat layihələri ona Avropanın enerji və nəqliyyat xəritəsini yenidən cızmaq şansı verdi".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 02 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Azərbaycanda ödəniş kartlarının sayı sürətlə artır - İqtisadçı səbəbləri açıqladı

Bu ilin avqust ayından Azərbaycanda kartdan-karta ("Card to card") köçürmə əməliyyatlarına limitlərin tətbiqi fonunda ölkədə ödəniş kartlarının sayındakı artım iki dəfədən çox sürətlənib. Azərbaycan Mərkəzi Bankını

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxəbərlər butun xeberler cəbhədən son vəziyyət xabarlar