Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır və rəğbətlə qarşılanır

Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır və rəğbətlə qarşılanırPrezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak məqsədilə Özbəkistana səfərindən sonra, dekabrın 8-də Slovakiyaya rəsmi səfər etdi. NATO-nun və Avropa İttifaqının (Aİ) üzvü olan Slovakiya Mərkəzi Avropanın dinamik inkişaf edən sənaye iqtisadiyyatına sahibdir. Azərbaycan Prezidentinin Mərkəzi Asiyaya səfərinin ardınca Mərkəzi Avropa ölkəsinə rəsmi səfəri ölkəmizin Şərqlə Qərb arasında oynadığı birləşdirici körpü rolunun təsbiti baxımından da mühüm əhəmiyyət kəsb edir.
Slovakiya ilə bir çox sahələri əhatə edən əməkdaşlığın, ötən ildən isə strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına baxmayaraq, bu səfər Azərbaycan Prezidentinin Bratislavaya ilk rəsmi səfəridir. Bir ay əvvəl Slovakiya Baş nazirinin müavini və Müdafiə naziri Robert Kalinakın Zəfər paradında iştirakı dövlətlərarası münasibətlərimizin strateji səviyyəyə yüksəldiyinin əyani təsdiqidir. Slovakiya şirkətlərinin Ağdamın Baş Qərvənd kəndinin yenidən qurulmasında iştirakı isə ölkələrimiz arasında qarşılıqlı etimada söykənən dostluq əlaqələrinin növbəti sübutudur. Bununla yanaşı, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynadığı heç kim üçün sirr deyil. Bu baxımdan, Slovakiya Prezidenti Peter Pelleqrininin mətbuata bəyanatında səsləndirdiyi bu açıqlama xüsusi diqqət çəkir: "Azərbaycan Slovakiyada aparıcı rol oynaya bilər. Söhbət bizim enerji təchizatının şaxələndirilməsindən gedir".
Avropa İttifaqı tərəfindən Rusiya qazının Slovakiyaya idxalının tam qadağan edildiyini nəzərə alsaq, enerji təchizatının Avropa üçün hansı strateji əhəmiyyətə malik olduğunu görməmək mümkün deyil. Dövlətimizin başçısı Bratislavada mətbuata bəyanatında xüsusi olaraq qeyd etdi ki, Azərbaycan strateji tərəfdaşlarının enerji təhlükəsizliyinin təmin olunmasına töhfə verməyə hər zaman hazırdır və bunun üçün böyük potensiala malikdir. Prezident İlham Əliyev növbəti açıqlaması ilə bu sahəyə ayırdığı diqqətin daha dərin strateji hədəflərlə bağlı olduğunun mesajını da verdi: "Azərbaycan isə öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib. Biz, eyni zamanda, bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq… Biz Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir".
Prezident Bratislavada onu da diqqətə çatdırdı ki, ölkəmizdə istifadə olunmayan alternativ enerji potensialı 2 giqavata yaxındır və növbəti beş il ərzində bu, 8 giqavata bərabər olacaq. Bu cür enerji mənbələrinin süni intellektin və data mərkəzlərinin fəaliyyətində oynadığı rol isə hər kəsə məlumdur. Bratislavada verilən mesajlar onu da göstərdi ki, Azərbaycan və Slovakiya müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşməsinə ciddi diqqət yetirir. Yəqin ki, ikitərəfli əməkdaşlığın həm də bu sahəyə fokuslanması ənənəvi bədxahlarımızı narahat edəcək və onlar Ermənistandan, xüsusilə oradakı revanşist kəsimdən manipulyativ şəkildə istifadə etməyə çalışacaqlar. Prezident İlham Əliyev bunu nəzərə alaraq, həm Ermənistana, həm də Cənubi Qafqazdakı yeni geosiyasi şəraitdən məmnun olmayan və hər fürsətdə keçmişdə qalan münaqişəni yenidən körükləməyə çalışan dairələrə bu mesajı verdi: "Biz bu sahədə əməkdaşlığı sənayenin inkişafı nöyteyi-nəzərindən görürük. Biz müharibə aparmaq fikrində deyilik. Yəni, bizim üçün müharibələr artıq keçmişdə qalır və sadəcə olaraq, burada bir sinergiyanın yaradılması üçün Slovakiya texnologiyaları ilə Azərbaycan maliyyə imkanlarını birləşdirərək yeni məhsulların istehsalı dünya bazarları üçün də maraqlı ola bilər".
Enerji təhlükəsizliyi məsələsinə qayıtdıqda isə, bu gün Azərbaycan qazını alan 14 ölkədən 8-i Avropa İttifaqının üzvüdür. Ötən il ilk dəfə olaraq Azərbaycan qazı Slovakiyaya da ixrac olunub. Sözsüz ki, mürəkkəb geosiyasi şəraitin doğurduğu çağırışlar fonunda enerji təhlükəsizliyi Avropa, o cümlədən Slovakiya üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan müstəqil xarici siyasəti və real addımları ilə sübut edib ki, bütün maneə və təzyiqlərə baxmayaraq, etibarlı tərəfdaş kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək iradəsinə sahibdir. Eyni zamanda, ölkəmizin ötən illər ərzində infrastruktura, logistik bağlantılara və nəqliyyat sektoruna yatırdığı sərmayələr imkan verir ki, Azərbaycan Şərq-Qərb dəhlizində əhəmiyyətli rola sahib olsun və beynəlxalq logistika mərkəzinə çevrilsin. Bu cür strateji hədəflərin reallaşa bilməsi ona görə mümkündür ki, onun arxasında Azərbaycan iqtidarının müstəqil xarici siyasət kursu və ölkəmizin daxili iqtisadi potensialı dayanır. Bütün bunlar təmin olunduğuna görə, bügünkü Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır və xüsusi rəğbətlə qarşılanır.
Ülvi Quliyev                                                                                     
Milli Məclisin deputatı / konkret.az

Siyasi       Tarix: 09 dekabr 2025
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Azərbaycan, Ermənistan və Gürcüstanın Romadakı səfirləri Cənubi Qafqazda sülhü müzakirə ediblər

Azərbaycanın İtaliyadakı səfiri Elçin Hüseynli Romada Diplomatiya Festivalının (Diplomacy in Rome) XVII buraxılışı çərçivəsində keçirilən "Yol ayrıcında Qafqaz: sülh, dəhlizlər və əməkdaşlığın yeni dövrü" adlı paneld

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar


yeni xeberler son xeberler azerbaycan xeberleri kriminal xeberler krminal bu gun sonxeberler bugunun xeberleri