Azərbaycan bu sahədə dünyada 3-cü oldu - Siyahıda Türkiyə də var
Son iki onillik ərzində Azərbaycanda heyva bağlarının sahəsi stabil olaraq artır və 2024-cü ilin sonuna 4,4 min hektar təşkil edib ki, bu da son 10 ildə 19 % artım deməkdir.
KONKRET.az report-a istinadla xəbər verir ki, cəmi məhsul yığımı 2024-cü ildə 43,8 min ton təşkil edib ki, bu göstərici 2023-cü il ilə müqayisədə 2 %, 2014-cü il ilə müqayisədə isə 61 % çoxdur.
Heyva bağlarının sahəsinin ən geniş olduğu Mərkəzi Aran iqtisadi rayonunda (1,4 min hektar) ötən il heyva istehsalı 16,6 min tona bərabər olub. Əkin sahələrinin ümumi məhsuldarlıq dinamikası da artan xətlə davam edir və bu göstərici son bir il ərzində 1 %, son 10 il ərzində isə 29 % artaraq 2024-cü ildə 103,6 sent/ha təşkil edib. Heyva ağaclarının ən məhsuldar olduğu bağlar isə Qazax-Tovuz (181,6 sent/ha) və Mil-Muğan (165,7 sent/ha) iqtisadi rayonlarında yerləşir.
Azərbaycanda yetişdirilən heyva xarici bazarlara da iri həcmlərdə tədarük olunur. Beynəlxalq Ticarət Mərkəzinin 2024-cü il üzrə son məlumatlarına görə, Azərbaycan dünyada təzə heyva ixracatçıları siyahısında 3-cü yerdə qərarlaşıb. Sıralamada birinci pillədə Türkiyə, ikinci yerdə isə Niderland yer alıb.
Ötən il ölkəmiz 2,7 milyon ABŞ dolları dəyərində heyva ixrac edib və qlobal ixracda 8 % paya malik olub. Əsas ixrac bazarımız Rusiya olub. Bununla yanaşı, yerli heyva Qazaxıstan, Ukrayna, BƏƏ, Səudiyyə Ərəbistanı və Gürcüstana ixrac olunub.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
39 yaşlı kişi evində ölü tapıldı
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Çinlə Azərbaycanın ticarət dövriyyəsi 3,46 milyard dollara çatıb
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb
Bu rayonun bir sıra ərazilərində qaz kəsilib
Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib
Minik avtomobili ilə sərnişin mikroavtobusu toqquşub
İlham Əliyev və Mehriban Əliyeva Zəngilanda