"Azərbaycan bütün ssenarilərə hazırdır" – Səbr kasası dolur - AÇIQLAMA

"Ermənistanın qeyri konstruktiv siyasəti regionda hərbi-siyasi vəziyyəti gərginləşdirir. İndi əli hər yerdən üzülən düşmən ölkə silahlı münaqişə üçün təxribatlar hazırlayır. Bölgədə həssas olan durumu bir qədər də qəlizləşdirən Ermənistan bununla da məsələnin həllini gecikdirməyə çalışır.
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq İlyas Hüseynov vurğulayıb.
Onun sözlərinə görə, "Hazırda Qarabağ separatçıları arasında aktivlik müşahidə olunur. Səngərlərin qazılması, fartifkasiya qurğularının formalaşdırılmasına cəhd göstərir. Digər tərəfdən kənd təsərrüfatı işləri adı altında mühəndis-istehkam qurğularının formalaşdırılmasıyla məşğuldur. Separatçıların müharibə çağırışları getdikcə güclənməkdədir".
Politoloq vurğulayıb ki, "Xüsusilə BMT TŞ-nın iclasında ermənilərin gözləntilərinin baş tutmaması Azərbaycanın uğurlu arqumentləşən mövqeyi, səfir Yaşar Əliyevin təsirli və məzmunlu çıxışı ermənilərin Azərbaycana qarşı məkrli planın üzərindən xətt çəkdi.
Ermənistanın arxasında duran qüvvələr məyusluqlarını gizlədə bilmirlər və bununla da müharibə ritorikası gücləndirilir. Məhz hərbi-siyasi təxribatların güclənməsi Azərbaycanı genişmiqyaslı müharibəyə sövq etmək planının tərkib hissəsidir.
Azərbaycan güclü siyasi iradə və təmkin nümayiş etdirir. Ermənistan Qarabağ və anklavlar da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb. Rəqəmlər ifadəsində ərazi bütövlüyü haqqında fikir irəli sürülüb və burada hansısa qeyd-şərtin, hansısa tələblərin irəli sürülməsi yol verilməzdir. Deməli, sülh müqaviləsinin bağlanması əsas gözləntidir və ilin sonuna qədər Brüsseldə və Qranadada görüşlər keçiriləcək. Bunun ardınca da bir sıra görüşlərin keçirilməsini proqnozlaşdırmaq olar. Lakin bu görüşlərdə sülh müqaviləsinin imzalanması üçün ən azından mətnin müzakirəsi keçirilməlidir. Bu günə qədər keçilən yol, ərazi bütövlüyümüzün tanınmasından sonrakı mərhələdə atılan addımlar razılaşmaların sıfıra endirilməsinə hesablanıb.
Əlbəttdə ki, BMT TŞ-nın iclasındakı müzakirədən sonra hər şeyi yenidən başlamaq tələb olunur və biz sülh və müharibə arasında gedişləri gözləyirik. İstənilən halda Azərbaycan bütün ssenarilərə hazırdır, sülh və təhlükəsizliyin təminatı bizim üçün ən önəmli prioritetdir".
Vəli Həsənov
KONKRET.az

Siyasi       Tarix: 21 avqust 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar

Azərbaycan Prezidenti İlham Əliyev Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi barədə sərəncam imzalayıb. sərəncamın mətnini təqdim edir:. Azərbaycan Respublikası Konstitusiyasının 109-c

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi

Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtması – yəni biz bu məsələlərlə məşğuluq və deyə bilərəm ki, bütün Azərbaycan xalqı bu fikirlə yaşayır. KONKRET.azxəbər verir ki, bu barədə Prezident İlha

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 9 noyabr - Bayraq Günü münasibətilə paylaşım olunub. paylaşımı təqdim edir:


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bu qun cəbhədən son xəbər cəbhədən son xəbərlər sonxeberler