Azərbaycan diplomatiyasının növbəti qələbəsi: Soçi və Aşqabad görüşləri Ermənistanı 'küncə sığışdırdı

Azərbaycan diplomatiyasının növbəti qələbəsi: Soçi və Aşqabad görüşləri Ermənistanı 'küncə sığışdırdı"Bu ilin sonuna qədər bunu etməyə razılaşdıq. Ümid edirəm ki, bu ən yaxın zamanda baş verəcək. bu mexanizmlərin yaradılması üçün heç bir maneə yoxdur". Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Soçidə Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutan Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş zamanı sərhədlərin delimitasiya və demarkasiya mexanizmlərinin yaradılması barədə razılığa gəlinməsi haqqında danışarkən deyib. 
Bu, eyni zamanda Zəngəzur dəhlizinin açılmasının da yaxın tarixdə baş tutacağı anlamanı gəlir. 
Məlum olduğu kimi, 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan prezidenti İlham Əliyev Zəngəzur dəhlizinin açılacağını bildirmişdi. Bəzi dövlətlər, eləcə də Ermənistan bunu sadəcə dildə deyilən söz kimi qəbul etsə də, artıq reallıq Zəngəzur dəhlizinin yaxın vaxtlarda açılacağını göstərir. 
Soçi görüşü zamanı Ermənistanın diplomatik cəhətdən də məğlub olması göz önündə idi. Hətta Rusiya mətbuatında, eləcə də xarici mətbuatda gedən yazılarda da Azərbaycan prezidenti İlham Əliyevin Soçi görüşü zamanı əldə etdiyi növbəti uğuru, Ermənistanın isə xülyalarının yenidən iflasa uğraması açıq-aydın müşahidə edilir. 
Prezident İlham Əliyev Soçi görüşünün ardınca Türkmənistanın paytaxtı Aşqabadda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti, 15-ci sammitində iştirak etdi. 
Diplomatik uğurları davam etdirən ölkə başçısı burada da Ermənistana növbəti siyasi zərbə vurdu. 
Belə ki, Aşqabad Bəyannaməsində bir sıra önəmli məsələlər yer aldı. Bəyannamədə "Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsinin Qafqaz regionunda davamlı sülhə və iqtisadi tərəqqiyə yol açacağına inanırıq", ifadələrinin yer alması, İƏT-ə üzv dövlətlər tərəfindən Azərbaycan hökuməti və xalqına işğal olunmuş ərazilərin azad edilməsi, ölkənin ərazi bütövlüyünün bərpası münasibətilə təbriklərin ünvanlanması Azərbaycanın uğurlu diplomatiyası nəticəsində Ermənistana növbəti zərbədir. 
Bütün bunlar Ermənistan və KTMT-nin üzv digər dövlətləri arasındakı münasibətlərinə mənfi təsir göstərdi. 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında Azərbaycanın Vətən müharibəsindəki qələbəsinin əhəmiyyətindən danışmasını isə bölgənin bundan sonrakı vəziyyəti haqqında müsbət qənaətə gəlinməsi kimi qiymətləndirilir:
"Qardaşımız Azərbaycanın işğal altındakı torpaqlarını azad etməsi bölgədə davamlı sülhün və sabitliyin təmin olunmasının da qapılarını açıb. Azərbaycanın bölgədə rifahın artması üçün ardıcıl həyata keçirdiyi layihələr təqdirəlayiqdir. Bu addımlar bölgədə normallaşdırma cəhdlərini dəstəkləyəcəkdir". 
Artıq Azərbaycanın Qafqazda ən yüksək nüfuza sahib olmasını Qafqaz dövlətləri, islam dövlətləri, eləcə də Ermənistan qəbul edir. Azərbaycanın bölgədə inkişaf etmiş bir dövlət olması region ölkələrinə də müsbət təsir edir. Bu səbəbdən Azərbaycanla əlaqələrin möhkəmləndirilməsi məsələsini hər bir ölkə diqqətdə saxlayır. Bütün bu proseslər Azərbaycan rəhbərliyinin, ölkə başçısı İlham Əliyevin uğurlu diplomatik siyasəti, bu siyasətdə əldə etdiyi uğurların nəticəsidir ki, bu gün ölkəmiz beynəlxalq səviyyəli görüşlərdə bütün diqqətləri öz üzərinə çəkir.
Aydın Nuri

Siyasi       Tarix: 28 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın

Prezident ona general rütbəsi verdi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı Sərəncam imzalayıb. -un məlumatına görə, Sərəncamla Nihad Ənvər oğl

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Tokayevdən Putinlə bağlı SENSASİON AÇIQLAMA: "O, Avropa və dünya üçün..."

Qazaxıstan Prezidenti Kasım Jomart Tokayev Rusiya lideri Vladimir Putinin Avropa və bütün dünya üçün ən məqbul rəhbər olduğunu bildirib. KONKRET.azxəbər verir ki, o, bu barədə Almaniya lideri Fridrix Mərtz ilə keçirdiyi mətbua


azerbaycan xeberleri son xeberler yeni xeberler azerbaycan son xeber bugun cəbhədən son xəbərlər dunya xeberleri xəbər az