Azərbaycan dünyanın ən xoşbəxt ölkələrindən biridir
Dünyada həyatından razı və narazıların fərqindən ibarət olan "xoşbəxtlik indeksi" ən yüksək 5 ölkədən biri də Azərbaycandır.
Azxeber.com xəbər verir ki, bu qənaət "Gallup İnternational" beynəlxalq müstəqil araşdırma agentlikləri birliyinin keçirdiyi dünya rəy sorğusunda əksini tapıb.
Sorğunun nəticələrinə görə dünyanın 5 ən xoşbəxt ölkəsi ardıcıl olaraq Kolumbiya (+79), Qazaxıstan (+76), Albaniya (+74), Malayziya (+73), Azərbaycandır (+70).
Ən bədbəxt ölkələr isə Qana (+2), Əfqanıstan (+9), Honq Konq (+11), İraq (+17), Rusiyadır (+18).
Bununla yanaşı, "Ümid indeksi"nin (Hope İndex) səviyyəsinə görə ölkələrin reytinqində nikbin ölkələr arasında İndoneziya (+72), Albaniya (+65), Azərbaycan (+53), Nigeriya (+51), Meksika (+47), Vyetnam (+47), bədbinlər arasında da Türkiyə (-34), Bolqarıstan (-34), Əfqanıstan (-32), Polşa (-30), Çex Respublikası (-25) üst yerlərdədir.
2022-ci il üçün iqtisadiyyatla bağlı daha nikbin ölkələr Nigeriya, İndoneziya, Vyetnam, Azərbaycan, Albaniya, Hindistandır. Əksinə, iqtisadi çətinliklər olacağını güman edənlərin üstünlük təşkil etdiyi ölkələr Türkiyə, Bosniya və Herseqovina, Bolqarıstan, Polşa, Rumıniya, Əfqanıstan, Almaniyadır.
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR