Azərbaycan dünyaya tibbi maska və qoruyucu geyimlər ixrac edə bilər - Sumqayıtda açılışı baş tutan müəssisədən REPORTAJ - VİDEO - FOTO

Azərbaycan dünyaya tibbi maska və qoruyucu geyimlər ixrac edə bilər - Sumqayıtda açılışı baş tutan müəssisədən REPORTAJ - VİDEO - FOTOXəbər verdiyimiz kimi, mayın 12-də Sumqayıtda "Gilan Tekstil Park" MMC-nin tibbi maska fabrikinin və qoruyucu kombinezonların istehsalı müəssisəsinin açılışı olub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər.
"Gilan Tekstil Park" MMC ilk növbədə ölkədə yeni olan qoruyucu kombinezonların istehsalına başlanılıb. Burada gün ərzində 6 min ədəd qoruyucu kombinezonun istehsalı nəzərdə tutulur.
Milli.Az xəbər verir ki, MMC-nin baş direktoru Mehriban Axundovanın Trend-ə verdiyi məlumata görə, istehsal olunan məhsullar hazırda yalnız daxili tələbat üçündür:
"Məhsullar polietilen qoruyucu membranla örtülmüş, yüksək sıxlıqlı polipropilendən olan toxunmamış parçadan tikilir. Bu parça möhkəmliyi, sukeçirməzliyi, kimyəvi maddələrə davamlığı, antistatikliyi, yüngüllüyü ilə fərqlənir. İstehsal olunan qoruyucu kombinezonlar istifadəçiləri virus, infeksiya, zərərli kimyəvi maddələrdən və ya həssaslıq yarada bilən məhsul və proseslərdən qoruyur. Lakin bu məhsullara dünyada böyük tələbat var. Ona görə də, yerli tələbat ödənildikdən sonra həm tibbi maskaların, həm də qoruyucu kombinezonların ixracını nəzərdə tutmuşuq. Hazırda fabrikin günlük istehsalat prosesinə 210 işçi cəlb olunub".
Azərbaycan dünyaya tibbi maska və qoruyucu geyimlər ixrac edə bilər - Sumqayıtda açılışı baş tutan müəssisədən REPORTAJ - VİDEO - FOTOMehriban Axundova qeyd edib ki, müəssisədə birdəfəlik istifadə üçün tibbi maskaların istehsalına da başlanıb:
"Bu maskalar üçqatlıdır və orta qatı xüsusi filtr funksiyasını yerinə yetirən toxunmamış parçadan ibarətdir. Nəticədə havada uçan müxtəlif kateqoriyalı və fərqli ölçülərdə virusları, infeksiyaları, o cümlədən toz və digər çirkli hissəcikləri maska özündə saxlayacaq. İlkin mərhələdə maskalar üzrə günlük istehsal gücü 140 min ədəd təşkil edir, lakin cari ilin may ayının sonunadək əlavə avadanlıqlar gətiriləcək və istehsalat gücü mərhələli şəkildə 300 minədək artırılacaq. Hazırda istehsalat prosesinə cəlb olunan 30 nəfər işçi var, əlavə avadanlıq quraşdırıldıqdan sonra isə işçilərin sayı 50 nəfərə çatacaq".
Azərbaycan dünyaya tibbi maska və qoruyucu geyimlər ixrac edə bilər - Sumqayıtda açılışı baş tutan müəssisədən REPORTAJ - VİDEO - FOTOMMC-nin baş direktoru əlavə edib ki, fabrikdə fəaliyyət göstərən şəxslərin əksəriyyəti qadınlardır:
"Müəssisənin kəsim sahəsindən başlayaraq qablaşdırma, tikiş və keyfiyyətə nəzarət kimi sahələri var ki, burada qadınlar üstünlük təşkil edir və işçilərin əksəriyyəti Sumqayıt şəhərinin sakinləridir. Əgər gələcəkdə fabrikin məhsullarına tələbat artarsa, biz də əlavə avadanlıqlar alaraq işçi sayını artıra bilərik".
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar tibbi maska, qoruyucu geyimlərə son dövrlərdə dünyada tələbat kəskin artıb. Bu səbəbdən də həmin məhsulların dünyanın bir çox ölkələrində böyük qıtlığı yaşanır. Koronavirus pandemiyasının qarşısının alınması ilə bağlı Azərbaycanda ilk günlərdən həyata keçirilən bütün işlər Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Bunun nəticəsidir ki, insanların sağlamlığı, virusun yayılmasının qarşısının alınması baxımından mühüm rol oynayan bu məhsullar ölkəmizdə istehsal olunmağa başlayıb. Bu müəssisələrin fəaliyyətə başlaması, ilk növbədə, Azərbaycanda dövlət səviyyəsində əhalinin sağlamlığının qorunması məsələsinə yüksək dərəcədə həssaslıqla yanaşıldığını göstərir.
Milli.Az

/news.milli.az

İqtisadiyyat       Tarix: 14 may 2020
f Paylaş

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy


son xeberler yeni xeberler azerbaycan xeberleri maşın realiti şou sonxəbərlər valyuta mezenesi azerbaycan son xeber bugun