"Azərbaycan elektrik enerjisinə əlçatanlığı ciddi şəkildə artıra bilib" - Vüqar Bayramov - VİDEO
Azərbaycan elektrik enerjisinə əlçatanlığı son illər ərzində ciddi şəkildə artıra bilib. Təbii ki, bu artım bir tərəfdən də infrastrukturun inkişaf etdirilməsi ilə bağlıdır.
Milli.Az xəbər verir ki, bunu "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsi çərçivəsində Trend-ə iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Ekspert bildirib ki, infrastrukturun inkişaf etdirilməsi yalnız paytaxt və iri şəhərlərdə deyil, digər rayonlarda da elektrik enerjisinin praktik olaraq fasiləsiz verilməsinə təkan verir. Elektrik enerjisinin istehsalı həm də elektrik enerjisinin ixracı baxımından əlverişli şərait yaradıb ki, bu da Azərbaycanın elektrik enerjisi ixracatının artmasına imkan verir.
V.Bayramov vurğulayıb ki, elektrik enerjisi ixracatının artması ölkəyə gələn valyuta həcminin çoxalmasına şərait yaradır: "Əvvəllər elektrik enerjisinə olan tələbatı yerli istehsal vasitəsilə ödəməkdə çətinliklər var idisə, hazırda Azərbaycan nəinki yerli tələbatı ödəyir, həm də elektrik enerjisini ixrac etməklə valyuta ehtiyatlarının artmasına töhfə verir".
Milli.Az
/news.milli.az
f Paylaş
Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi