Azərbaycan etibarlı təchizatçıdır

Azərbaycan etibarlı təchizatçıdırSivilizasiyalar arasında təbii coğrafi və mədəni körpü rolunu oynayan, nəhəng enerji, nəqliyyyat-kommunikasiya layihələrinin müəllifi və ən böyük maliyyə dəstəkçisi olan, regionda investisiyalar üçün ən cəlbedici məkan kimi tanınan Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında siyasi, iqtisadi, eləcə də enerji, ticarət, investisiyalar və digər sahələr üzrə əlaqələr getdikcə inkişaf edir. Kənd təsərrüfatı və qida, nəqliyyat və logistika, İKT və elektron ticarət, iqtisadi islahatlar, ətraf mühitin mühafizəsi üzrə əməkdaşlığı daha irəliyə aparmaq üçün mühüm addımlar atılır. 
Azərbaycan dünyanın əsas güc mərkəzlərindən biri olan Avropa İttifaqı ilə əlaqələrə bu gün də xüsusi əhəmiyyət verir. Ölkəmiz indiyə kimi, Aİ ilə birgə müxtəlif proqramlar və layihələr də uğurla reallaşdırılıb. Dünyada baş verən bütün siyasi hadisə və proseslərə təsir etmək imkanlarına malik olan Avropa İttifaqı ilə imzalanmış "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi"ndə tərəflər arasında siyasi və ticarət sahəsində əməkdaşlıq və bu kimi məsələlər öz əksini tapıb. Respublikamız Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır. Avropaya qaz təchizatının şaxələndirilməsi istiqamətində "Köhnə qitə"nin səylərinə dəstək verən Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsinin reallaşmasına nail olub. Azərbaycan qazı artıq Avropa İttifaqının üç ölkəsinə - İtaliya, Yunanıstan və Bolqarıstana çatdırılır. Gələcəkdə ölkəmiz istehsal etdiyi qazın ixrac coğrafiyasını Avropa İttifaqının digər üzv ölkələrinə genişləndirmək niyyətindədir.
Avropa İttifaqı ilə bərabərhüquqlu tərəfdaşlığı genişləndirmək üçün  mühüm addımlar atan respublikamız Avropa İttifaqının 9 üzv dövləti ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb və ya qəbul edib. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Ölkəmizin ticarət dövriyyəsinin təxminən 40 faizi Avropa İttifaqı ilə aparılır. 2020-ci ildə ticarət dövriyyəsi təqribən 9,5 milyard ABŞ dolları həcmində olub. Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərə ixracının həcmi 6,8 milyard ABŞ dolları təşkil edir. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında açar əhəmiyyətli ölkələrdən biridir. Bütün bunlar deməyə əsas verir ki, Aİ ilə Azərbaycan arasındakı strateji tərəfdaşlıq etibarlı əsaslar üzərində qurulub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 12-də yerli televiziya kanallarına müsahibəsində də vurğuladı: "Əlbəttə ki, bizim əlaqələrimiz üçün yeni səhifə açılacaqdır. Bununla paralel olaraq Avropa İttifaqı ilə bizim gündəliyimiz onsuz da çox genişdir. Bunu mən artıq dəfələrlə demişəm ki, 9 ölkə ilə biz strateji tərəfdaşıq. Enerji təhlükəsizliyi baxımından fəal əməkdaşlıq edirik. Xüsusilə indiki şəraitdə. Avropada qaz böhranı yaşanır. Bizim qazımıza böyük ehtiyac var." 
İkinci Qarabağ müharibəsindən sonra regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar, bölgədə yaranmış yeni reallıqlar, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması məsələləri baxımından münaqişədən sonrakı inkişaf məsələləri ilə bağlı fikir mübadiləsi aparılmışdı. Qeyd edilmişdi ki, Azərbaycan hazırda etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Beləliklə, bütün bunlar onu deməyə əsas verir ki, qırx dörd günlük Vətən müharibəsindəki tarixi Zəfəri ilə beynəlxalq müstəvidə mövqeyini daha da gücləndirən Azərbaycanın milli maraqlarının təmin edilməsinə yönəlik çoxvektorlu xarici siyasət öz bəhrəsini verir. Məhz bu uğurlu siyasətin sayəsində Cənubi Qafqazın lider ölkəsinə çevrilən Azərbaycanın Aİ ilə əməkdaşlığı bundan sonra da yüksələn xətlə inkişaf edəcək.
Qeyd edək ki, ikinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan tərəfindən azad olunmuş ərazilərdə daha çox şirkətlər çalışacaq və daha geniş fəliyyət göstərəcəkdir. İşğaldan azad olunmuş ərazilər xarici investisiyalar üçün açıqdır. Burada xarici investorlar üçün maraqlı ola biləcək bir neçə sahə var. Birincisi, bərpaolunan enerji mənbələridir. Azad olunmuş ərazilərin çox böyük potensialı var və ilkin hesablamalara görə, enerji istehsalının potensialı 5 min meqavat günəş və min meqavat külək enerjisi təşkil edir. Sərmayə qoyuluşu üçün digər potensial sahə kənd təsərrüfatı və kənd təsərrüfatı məhsullarının emalıdır. Çünki torpaq olduqca münbitdir və bu da xaricilər üçün cəlbedici ola bilər. Xarici sərmayə üçün cəlbedici sahə turizm ola bilər. Qarabağ və Şərqi Zəngəzur təkcə Azərbaycanın deyil, bütün regionun ən gözəl bölgələridir. Dünya Bankının "Doing Business" hesabatına əsasən, Azərbaycan biznes mühitinə görə dünyada 28-ci yerdədir və Azərbaycanda xarici sərmayələr müvafiq qaydada qorunur.
 
Sevinc Abdullayeva
YAP Binəqədi Rayon təşkilatının əməkdaşı

Siyasi       Tarix: 19 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova

Azərbaycan və Slovakiya arasında münasibətlərin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin mühüm rolu var. xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Slovakiyanın Milli Günü münasibətilə keçirilən rəsm

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Mehriban Əliyevadan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib. paylaşımı təqdim edir:

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza

Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş

İranda daxili vəziyyətin gərgin olması haqda müzakirələr başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə Prezident Administrasiyası arasında ziddiyyətin böyüdüyü deyilir. 2026-cı ilin fevralında ABŞ və İsrailin hücumunda

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər sou biznes bu gune olan xeberler son.xeberler