Azərbaycan gələn həftə Brüsseldə Avropaya qaz nəqlinin artırılması ilə bağlı danışıqlar aparacaq

Azərbaycan gələn həftə Brüsseldə Avropaya qaz nəqlinin artırılması ilə bağlı danışıqlar aparacaqAzərbaycan hökuməti ilə Avropa İittifaqının təbii qaz idxalının artırılması və Cənub Qaz Dəhlizinin genişləndirilməsinin dəstəklənməsi haqqında saziş layihəsini müzakirə etmək üçün Aİ-nin enerji üzrə komissarı Kadri Simson iyulun sonunda Bakıya səfər etməyi planlaşdırır.
AZXXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "EUobserver" məlumat yayıb.
"Biz tədarükləri artırmaq üçün sıx əməkdaşlıq edirik", - deyə Aİ sözçüsü bildirib.
Bu səfərdən əvvəl hər iki tərəfin rəsmiləri iyulun 19-da Brüsseldə danışıqlar aparacaqlar.
Müvafiq hökumətlərin təsdiqini tələb edən və dəyişdirilə bilən Anlaşma Memorandumu layihəsi Avropa İttifaqının Ukraynadakı müharibədən sonra Rusiya qazından asılılığını azaltmaq səylərinin bir hissəsidir.
"Tərəflər kommersiya məqsədəuyğunluğuna və bazar tələbinə uyğun olaraq 2027-ci ilə qədər hər il ən azı 20 milyard kubmetr qaz həcmində Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına ixrac da daxil olmaqla ikitərəfli təbii qaz ticarətini dəstəkləməyi hədəfləyirlər", - deyə sənəddə bildirilir.
Tədarükün artması həm də Azərbaycandan qaz hasilatını genişləndirməyi tələb edəcək.
Müqavilə layihəsində deyilir ki, Aİ və Azərbaycan həmçinin bərpa olunan enerjini təşviq etmək və hidrogenlə gələcək ticarəti müzakirə etmək üçün elektrik enerjisi əlaqələrinin inkişafını araşdıracaqlar.
Qeyd edək ki, Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Qaz Boru Kəməri (TAP) son bir neçə gündə maksimum ötürmə gücünə çatıb.
Söhbət sutkada 33 milyon kubmetr həcmində təbii qazın ötürülməsindən gedir ki, bu da illik orta hesabla təqribən 12 milyard kubmetr qaz deməkdir. Bu həcmlərin 10,5 milyard kubmetri İtaliyaya nəql ediləcək. Uzunmüddətli məqsəd boru kəmərinin ötürmə qabiliyyətini iki dəfə artırmaqdır.
TAP-ın ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizindən, 8 km-i isə İtaliyanın cənubundan keçir. Qaz kəmərinin ötürmə qabiliyyətinin iki dəfə artırılması, ildə 20 milyard kubmetrə qədər çatdırılması planlaşdırılır.
TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud - 14,4 milyard kubmetrə qədər, qismən - 17,1 milyard kubmetrə qədər və tam - ildə 20 milyard kubmetrə qədər.
Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.
2021-ci ildə Azərbaycan 19,2 milyard kubmetr, o cümlədən Avropaya 8,2 milyard kubmetr qaz ixrac edib.

İqtisadiyyat       Tarix: 15 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR

Görüşdə Marsol Group-un direktoru Bilal Qasımlı, Kambocanın Turizm naziri Huot Hak və nümayəndə heyəti, eləcə də turizm sahəsində fəaliyyət göstərən şirkət rəhbərləri iştirak ediblər. Görüş zamanı Azərbaycan və Kamboca arasınd

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xeberler bugun xeberler xeber.az bu gun enson xeberler