Azərbaycan gündəlik neft hasilatını daha 7 min barrel azaldacaq

Azərbaycan gündəlik neft hasilatını daha 7 min barrel azaldacaqVyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin VI görüşündə 2020-ci ilin I rübündə gündəlik neft hasilatının daha 500 min barrel azaldılması ilə bağlı qərar qəbul olunub. Bununla da "OPEC plus" üzrə gündəlik neft hasilatının azaldılması ilə bağlı öhdəlik 1,7 milyon barrelə çatdırılıb. Hasilatın azaldılması ilə bağlı əlavə həcmlərin bölünməsi "OPEC plus" ölkələri arasında proporsional qaydada aparılıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, dünya neft bazarının tənzimlənməsi prosesinə dəstək məqsədilə Azərbaycan da hasilatın əlavə həcmlərdə azaldılması ilə bağlı yeni Razılaşmaya qoşulub. Azərbaycan müvafiq olaraq gündəlik neft hasilatını 20 min barreldən əlavə 7 min barrel də azaldacaq. Beləliklə, öhdəliyi 27 min barrelə yüksələn Azərbaycan 2020-ci ilin yanvar ayından etibarən gündəlik hasilatı 769 min barrel həcmində saxlamalıdır.
İclasda çıxış edən Energetika naziri Pərviz Şahbazov bildirib ki, "OPEC plus" qərararı indiyə kimi bazarın balanlaşdırılmasına öz töhfəsini verib. Qlobal iqtisadiyyat, neft bazarının inkişafına dair proqnozlar, eləcə də bir sıra geosiyasi faktorlarlar da göstərir ki, 2020-ci il üçün də tənzimləmə tədbirləri zərurudir: "Bazarda balansın və dayanıqlı sabitliyin təmin edilməsi əməkdaşlığımızın başlıca hədəfidir. Azərbaycan "OPEC plus" formatı çərçivəsində indiyə kimi bütün təşəbbüsləri dəstəkləmiş ölkə olaraq bu əməkdaşlıqda iştirakda maraqlıdır. Hesab edirik ki, "OPEC plus" ölkələri olaraq biz gələn il də həmrəylik və öhdəliklərimizə sadiqliyimizi davam etdirməliyik".
Nazir çıxışında Azərbaycanın indiyə kimi gündəlik neft hasilatını 20 min barrel azaltmaqla bağlı öhdəliyini artıqlaması ilə yerinə yetirdiyini qeyd edib.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 07 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber saytlari son xeber az valyuta en son xeberler