"Azərbaycan Hava Yolları" sərnişinlərə xidmət sahəsində yeni "Amadeus" texnologiyalarına keçid edib - FOTO

"Azərbaycan Hava Yolları" sərnişinlərə xidmət sahəsində yeni "Amadeus" texnologiyalarına keçid edib - FOTO"Azərbaycan Hava Yolları" sərnişinlərə xidmət sahəsində yeni "Amadeus" texnologiyalarına keçid edib - FOTO
"Amadeus" şirkətinin Yaxın Şərq, Türkiyə və Afrika üzrə icraçı vitse-prezidenti Maher Kubaanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib.
AZAL prezidenti Cahangir Əsgərov ilə görüşdə Azərbaycanın Milli aviadaşıyıcısı tərəfindən yeni "Amadeus Altéa Passenger Services Systems" (PSS) həllinin uğurlu inteqrasiyası müzakirə edilib.
Bu qərar AZAL aviaşirkətinə sərnişin xidmətlərini fərdiləşdirməyə kömək edəcək, bronlaşdırma sisteminin, uçuşa nəzarətin, inventar məlumat bazasının və gəlirlərin idarə edilməsi sisteminin funksionallığını keyfiyyət baxımından təkmilləşdirəcək.
"Altéa"nın üstünlükləri həmçinin aviaşirkətin agentləri tərəfindən hiss ediləcək. İndividual sərnişin hesablarının (PNR) mərkəzləşdirilmiş şəkildə saxlanması sayəsində inventarlaşdırma və bronlaşdırmanın idarə olunmasının keyfiyyəti əhəmiyyətli dərəcədə artacaq.
"Biz aviasiya sahəsində IT həllərin aparıcı təchizatçısı – "Amadeus" ilə fəal əməkdaşlığımızı davam etdiririk. Yeni "Altea PSS" sisteminə keçid AZAL-ın sərnişinlərinə göstərilən xidmətin keyfiyyətini yüksəltməyə imkan verəcək", - deyə C.Əsgərov qeyd edib.
C.Əsgərovun sözlərinə görə, müəyyən müddət ərzində yeni sistemə keçidlə əlaqədar sərnişinlər biletlərin onlayn bronlaşdırılması zamanı bir sıra çətinliklərlə üzləşiblər. Lakin bu gün sistem uğurla fəaliyyət göstərir və demək olar ki, bütün məsələlər öz həllini tapıb.
"Amadeus Altea PSS həllərini tətbiq etmək ilə AZAL müştərilərinə daha yüksək səviyyədə xidmət göstərəcək. "Altéa"nın arasıkəsilməz texnoloji həlləri sayəsində ölkənin flaqman aviadaşıyıcısı Azərbaycanda hava səyahətinə artan tələbatı maksimal dərəcədə dəstəkləyə biləcək", - deyə Maher Kubaa qeyd edib.
Qeyd edək ki, "Amadeus" həlləri həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportunda geniş istifadə olunur. Paytaxtın hava limanı ötən yay "Amadeus"un ən yeni həllərini tətbiq edərək dünyada bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanı olub.
"Azərbaycan Hava Yolları" (AZAL) iri aviadaşıyıcı və MDB ölkələrinin aviasiya icmasının liderlərindən biridir. Aviaşirkətin ümumi marşrut şəbəkəsi 25 ölkədə 40 istiqamətdən ibarətdir. 2019-cu ildə "Azərbaycan Hava Yolları" və onun struktur bölməsi olan "Buta Airways" aşağıbüdcəli aviaşirkəti birlikdə 2 milyon 600 mindən çox sərnişin daşıyıb.
"Azərbaycan Hava Yolları" sərnişinlərə xidmət sahəsində yeni "Amadeus" texnologiyalarına keçid edib - FOTO

Turizm       Tarix: 25 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır. "İnquşetiya hökuməti Bakıya qatarların hərəkətini təmin etmək üçün ötən əsrin 90-cı illərindən boş qalan dəmiryol relslərini təmizləyir"

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO. Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok"

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir. Novruz bayramının gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdi

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO. Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir"

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın


son xeberler azerbaycan xeberleri yeni xeberler qarabag bugunun xeberleri son xeberler bugun 2026 canli ən son xəbərlər bugün