Azərbaycan Hava Yolları və ABB təyyarə göyərtəsində POS ödəniş imkanını istifadəyə verib

Azərbaycan Hava Yolları və ABB təyyarə göyərtəsində POS ödəniş imkanını istifadəyə verib20 avqust 2026-cı il, Bakı — Azərbaycan Hava Yolları və müştərilərin həyat tərzi tərəfdaşı ABB sərnişin təcrübəsinin təkmilləşdirilməsi istiqamətində yeni bir həlli istifadəyə verib. Artıq Azərbaycan Hava Yollarına məxsus təyyarələrin göyərtələrində ABB POS terminalları vasitəsilə əlavə xidmətlərə görə ödəniş etmək mümkündür.
Bu həll sayəsində sərnişinlər uçuş zamanı təqdim olunan əlavə xidmətlərin ödənişini bank kartı ilə ABB POS terminallarında sürətli və təhlükəsiz şəkildə həyata keçirəcəklər.
Yeni xidmət çərçivəsində sərnişinlər mövcudluqdan asılı olaraq, uçuş zamanı ekonom sinifdə daha rahat oturacaq seçimi, həmçinin biznes və ya premium ekonom xidmət sinfinə keçid üçün ödənişi birbaşa təyyarənin göyərtəsində edə bilərlər. Beləliklə, əlavə xidmətlərdən yararlanmaq və onların ödənişi prosesi çevik və əlçatan olur.
Yeni həll Azərbaycan Hava Yollarının sərnişin təcrübəsinin davamlı təkmilləşdirilməsi və rəqəmsal transformasiyanın inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərin növbəti mərhələsidir. Aviaşirkət səyahətin müxtəlif mərhələlərində rəqəmsal həllərin tətbiqini genişləndirərək sərnişinlər üçün xidmətlərin əlçatanlığını artırmağa və geniş seçim imkanları yaratmağa davam edir.
ABB üçün isə təyyarə göyərtəsində POS terminalla ödəniş imkanının yaradılması həyat tərzi tərəfdaşı olaraq müştərilərə təqdim edilən daha bir yeni imkandır. Bank ümumi yanaşma çərçivəsində müştərilərin müxtəlif ehtiyaclarını vahid ekosistem daxilində qarşılayan rəqəmsal və maliyyə həllərini inkişaf etdirir.
Azərbaycan Hava Yolları və ABB arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən yeni həll sərnişinlərə əlavə xidmətlərdən uçuş zamanı rahat yararlanmaq və ödənişləri birbaşa göyərtədə həyata keçirmək imkanı yaratmaqla müştəri təcrübəsinin daha da təkmilləşdirilməsinə xidmət göstərir. / azxeber.com

İqtisadiyyat       Tarix: 20 avqust 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) İcraçı Direktoru sahibkarlarla görüşdü - FOTOLAR

Oktyabrın 1-də ABŞ-Azərbaycan Ticarət Palatasının (USACC) İcraçı Direktoru Natiq Baxışovun iştirakı ilə işgüzar səhər yeməyi keçirilib. xəbər verir ki, görüşdə Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasını

AZAL daha bir yeni nəsil "Airbus A321neo" təyyarəsi ilə donanmasını genişləndirdi - FOTOLAR

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları donanmasına növbəti yeni nəsil "Airbus A321neo" təyyarəsini qəbul edib. Bununla, aviaşirkətin donanmasındakı təyyarələrin ümumi sayı 31-ə çatıb. Yeni "Airbu

"Nar" "AiNar" rəqəmsal köməkçisini istifadəyə verdi

Ölkənin sərfəli mobil operatoru "Nar" müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi məqsədilə "Nar+" tətbiqində süni intellekt texnologiyası əsasında işləyən "AiNar" köməkçisini istifadəy

AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF

AzərbaycanHava Yolları Turizm İşçiləri Günü münasibətilə sərnişinlərini Azərbaycanı dahayaxından kəşf etməyə və ölkə üzrə xüsusi təkliflərdən yararlanmağa dəvət edir. 29 sentyabr – 31 dekabr 2026-cı il tarixlərində keçiriləcəkkampaniy

Limit 20 mindən 50 minə qaldırıldı - Bu tarixdən

Maliyyə Monitorinqi Xidməti (MMX) elektron köçürmələrin hesabatlandırılması qaydasını yenidən dəyişib. xəbər verir ki, yeni qərara əsasən, maliyyə institutlarının MMX-yə məlumat və sənədlər təqdim etməli olduqları elektro

"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR

23 sentyabr tarixində "27 sentyabr – Anım Günü"nə həsr olunmuş "Bir damla qan, min ümidə can" devizi ilə keçirilən qanvermə aksiyasının ilk ünvanı Lənkəran-Astara bölgəsi olub. xəbər verir ki, aksiya çərçivəsind

Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb

Unibank və Niderlandın sahibkarlığın inkişafı bankı FMO əməkdaşlıqlarında yeni mərhələnin başladığını və ümumi məbləği 50 milyon ABŞ dolları, müddəti isə 4 il olan strateji müddətli maliyyələşdirmə sazişinin imzalandığın

AİB nümayəndələri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi sahibkarlarla görüşdü

Bank Respublika-nın beynəlxalq maliyyə təşkilatları ilə uğurlu əməkdaşlığı regionlarda sahibkarlığın inkişafına və bizneslərin maliyyə imkanlarının genişlənməsinə töhfə verməkdə davam edir. Asiya İnkişaf Bankının (AİB) Direktorla

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının qurultayında minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bəyan etməsi növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxılacağ


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən canlı bugünki xəbərlər bugünkü son xəbərlər valyuta mezenesi