Azərbaycan ildə dörd milyon xarici turist qəbul etməyi hədəfləyir
Azərbaycan ildə dörd milyon xarici turist qəbul etməyi hədəfləyir
Dövlət Turizm Agentliyi 2026-cı ilə qədər ölkəyə gələn xarici turistlərin illik sayını 4 milyona çatdırmağı hədəfləyir.
"Report" xəbər verir ki, bunu Agentliyin sədri Fuad Nağıyev Bakı Ekspo Mərkəzində keçirilən 19-cu Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinin ("AITF 2023") açılış mərasimində bildirib.
Bundan başqa, onun sözlərinə görə, yaxın 3 ildə yerli turistlərin illik sayının isə 6 milyona çatdırılması nəzərdə tutulur.
"Azərbaycanda turizmin inkişafı üçün böyük potensial var və bu məsələ bizim üçün prioritetdir. Hazırda əsas məqsədimiz koronavirus (COVID-19) pandemiyasından əvvəlki rəqəmi bərpa etmək, daha böyük inkişafa nail olmaqdır. Ötən il Azərbaycana 1,6 milyon turist səfər edib. Bu da 2019-cu ilin göstəricisinin 50%-i deməkdir", - deyə F.Nağıyev qeyd edib.
Sədr həmçinin deyib ki, 2026-cı ildə turizm və ictimai iaşə sektorunda ümumi daxili məhsul (ÜDM) istehsalının 2019-cu illə müqayisədə 1,5 dəfə artacağı, bu sahədə ildə 20% artım olacağı gözlənilir. / oxu.az
Xidmetler [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu