Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri kimdir? - DOSYE
Prezident İlham Əliyev bu gün Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Mətin Balasən oğlu Eynullayev Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri təyin edilib.
Milli.Az xəbər verir ki, Modern.az saytı Mətin Eynullayevin tərcümeyi-halını təqdim edir:
Mətin Balasən oğlu Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olub.
1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1997-ci ildə həmin universiteti hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
"Azleks" beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.
2013-2016-cı illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Aparat rəhbəri vəzifələrində işləyib.
Azərbaycan Prezidentinin 2015-ci il 22 iyun tarixli sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Dövlət qulluğunun kiçik müşaviridir.
Ölkə başçısının 2017-ci il 11 yanvar tarixli sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.
Prezidentin 2018-ci il 17 yanvar tarixli sərəncamı ilə Azərbaycan Respublikası vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.
Bu ilin may ayında yenidən formalaşdırılan İqtisadiyyat Nazirliyində kadr təyinatları zamanı Mətin Eynullayevə yüksək vəzifə həvalə olunub.
Belə ki, o, Nazirliyin Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. M.Eynullayev həmçinin Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərini icra edib.
Mətin Eynullayev 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.
Milli.Az /news.milli.az

DÇ: Messi het-trik etdi, Argentina darmadağınla qələbə qazandı
Bakcell-in dəstəyi ilə 5-ci "YAŞAT" düşərgəsi başladı - FOTOLAR
Ronaldo mundial tarixində yeni rekord müəyyənləşdirdi
DÇ-2026: Avstriya İordaniyanı məğlub etdi
Metroda dəhşətli anlar - Azyaşlı uşaq yıxıldı
Türkiyənin 54 vilayətində əməliyyat keçirilib, 258 nəfər saxlanılıb
İçərisində 189 nəfər olan təyyarə qəza siqnalından sonra radardan itdi
ABŞ-İran anlaşması: Hər iki ölkə ilk bu addımları atacaq
Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub – İlham Əliyev
Bank Respublika qan donorluğuna dəstəyə görə təltif olundu
"Qarabağ" İstanbul nəhəngi ilə qarşılaşa bilər
Rejim dəyişikliyi yoxsa hakimiyyətin xilası? – İranda nələr baş verir?
Ağ Ev yaxınlığında HƏYƏCAN - Hücum edildi
İlham Əliyev: Azərbaycanda süni intellektin məsuliyyətli tətbiqi üçün mühüm addımlar atılır