Azərbaycan-İran anlaşması - Uduzan kimdir?

Azərbaycan-İran anlaşması - Uduzan kimdir?Bakı və Tehran arasında imzalanan memorandumla bağlı müxtəlif fikirlər səsləndilir. Anlaşmanın müsbət istiqamətdə şərhi daha çox reallığı özündə əks etdirir. Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılmasını nəzərdə tutan bu anlaşma ilə bağlı səsləndirilən tənqidi fikirlər isə tarixi, elmi və strateji baxımdan cəlbedici görünmür.
Söhbət nədən gedir?
Əvvəla, 2020-ci il 10 noyabr razılaşmasına əsasən, Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə öhdəlik kimi qoyulub. Bu gün İran ərazisindən keçməklə, alternativ dəhlizin açılması isə Ermənistanı Zəngəzur dəhlizi ilə bağlı öz üzərinə götürdüyü öhdəliyin məsuliyyətindən azad etmir. Zəngəzur dəhlizinin açılması hansısa ərazi məsələsini yox, Ermənistan ərazisindən keçən yol-nəqliyyat dəhlizini özündə ehtiva edir. 10 noyabr razılaşmasına əsasən, sərhədlərin demarkasiya və delimitasiya prosesi də gecikməkdədir. Ancaq proseslərin təhlili göstərir ki, razılaşmanın bəndlərinin icrasının Ermənistan tərəfindən məqsədli şəkildə yubanması İrəvanın özünün gələcəyini ciddi sual altına qoyur.
Qısa Haşiyə: Hələ ötən il - 2021-ci ilin iyul ayında Prezidentin fərmanı ilə Şərqi Zəngəzur istisadi rayonu yaradılıb. Bu amil göstərir ki, İlham Əliyev atdığı addımların bütün perspektivlərini, alternativlərini və strateji tərəflərini hesablayır.
Meorandumun tarixi əhəmiyyəti...
İlham Əliyev 100 il əvvəlki tarixi gerçəkliyi necə dəyişdi?
Təxminən 100 il öncə Rusiya Azərbaycanın imkanları hesabına Ermənistanı xilas edərək özünə "oyuncaq dövlət" qura bilmişdi. 1918-ci ildə bizim tarixi torpağımızda özünə müstəqil dövlət qurduğunu elan edən ermənilər qısa müddət sonra Bakının hesabına özlərinə mühüm sosial-iqtisadi yaşam şərtlərini də yaratmalı oldular. Həmin vaxt Rusiya ilə imzalanan ticarət müqavilələrindən də ən çox faydalanan elə ermənilər idi. Ermənilər Azərbaycanın iqtisadi bazarda yaratdığı güzəştli şərtlərdən və Azərbaycan-Gürcüstan-Rusiya arasındakı iqtsiadi əlaqələrdən nəfəslik kimi istifadə edirdilər. Onlar xüsusilə kerosin, mazut sahəsinə, eləcə də əvvəllər ixracı qadağan olunan, daha sonra isə ixracına icazə verilən Azərbaycan məhsullarının xarici bazardakı (xüsusilə, Rusiyada yaşayan ermənilər) satışından ciddi mənfəət əldə edirdilər.
İndi Ermənistan 100 il sonra Azərbaycanın yaratdığı imkanlardan yararlanmaq istəmir. Amma ona görə yox ki, alternativ planları var. Prosesləri məqsədli şəkildə gecikdirməklə özünün "ehtiyac limiti"ni arıtmağa çalışsa da, bu, əks effekt verdi. Azərbaycan dəhliz əldə etdi.
Bu, Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın sarsıdıcı sanksiyalar məruz qalması Ermənistanın gələcəyinin hansı imkanlar hesabına qurulacağı ilə bağlı digər ehtimalları da dərin şübhələr altına qoyur.
Biz istəyirik ki, Ermənistan sülh müqaviləsinə imza ataraq öz üzərinə öhdəliklər götürsün, Qarabağa olan iddiasından birdəfəlik əl çəksin, ərazi bütövlüyümüzü rəsmən tanısın, dəhliz açılsın və regional layihələrdən faydalana bilsin. 30 il ərzində Azərbaycanın torpaqlarını işğal altında saxladığına görə, Ermənistan problemlər məgənəsində boğulmalı oldu. İndi Ermənistan daha bir irtica siyasət - "nasist imtina mədəniyyəti" ortaya qoyur.
Yəni razılaşmanın bəndlərini icra etməkdən və sülh müqaviləsini imzalamaqdan yayınmaqla, növbəti mərhələdə özünü regional layihələrdən, gəlirlərdən kənarda qoyur. Əslində bu hal bizi qane edirmi? Edir! Dəhliz açılsa, Ermənistan bundan faydalanıb güclənəcəkmi? Heç şübhəsiz! Ermənistanın güclənməsi bizim ziyanımızadırmı? Bəli! Əslində bizə dəhliz lazım idi, onu da əldə etdik.
Ən əsası, İran-Azərbaycan memorandumu Tehranı İrəvandan tamamilə itələyəcək. Halbuki Bakı-Tehran münasibətlərinin pisləşməsi həmişə İrəvanın əsas hədəflərindən olub.
Bu günkü şərtlər, baş verən hadisələr və Bakının atdığı addımlar Azərbaycanın strateji maraqlarına tam cavab verir və bu, Prezident Əliyevin tarixi gerçəklikləri dərindən bilməsinin, ölkənin gələcək inkişaf strategiyasını tarixi, elmi və qlobal əsasda qurduğunun bariz nümunələrindən biridir.
İran-Azərbaycan arasındakı yeni anlaşma ilə:
- Azərbaycanın yeni qlobal münasibətlər sisteminə daha bir iqtisadi layihə (dəhliz) ilə daxil olur. Deməli, böyük imkanlar hələ qarşıdadır.
- Azərbaycan Avropaya elektrik enerjisi ixrac etmək imkanı da qazanır
- Tehran İrəvandan qopur
- Azərbaycanın əsas hissəsinin Naxçıvanla yeni inteqrasiyası təmin edilir
- Naxçıvan blokadan çıxır
- Ermənistan növbəti dəfə regional layihələrdən kənarda qalır. Bu, Ermənistanda dərin sosial problemlərin yaranmasının yeni mərhələsini başladacaq. İrəvanın zəif olması bizim strateji tələblərimizə cavab verir. Belə olacağı təqdirdə İrəvanı sülhə məcbur etmək də asanlaşacaq.
- İki qitə - Asiya ilə Avropa arasında daha əhəmiyyətli daşınma dəhlizi yaranır. Bu, Azərbaycanın strateji əhəmiyyətini daha da artırır və sə.
Samir Feyruzov

Siyasi       Tarix: 17 mart 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ankara Zirvəsi ilə bağlı sensasion detallar: NATO Rusiyaya qarşı yeni strategiya hazırlayır?

"Ankara Zirvəsi NATO üçün adi toplantı deyil, alyansın yeni təhlükəsizlik arxitekturasını müəyyənləşdirəcək platformadır. Çünki gündəmdə təkcə Ukraynaya dəstək yox, həm də müdafiə xərclərinin artırılması, Avropanın dah

Xırdalan bələdiyyəsinin sabiq sədri 6 ilə - Yarım milyondan çox yeyinti edib

Xırdalan bələdiyyəsinin sabiq sədrinin qanunsuz əməlləri ilə bağlı cinayət işi istintaq olunub. Baş Prokurorluğun Mətbuat xidmətindən -a bildirilib ki, eks-bələdiyyə sədri Musayev Orxan Elxan oğlu yarım milyondan çox mənimsəməd

Rusiyadakı azərbaycanlılara BƏD xəbər - Bundan sonra

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin xarici vətəndaşların deportasiya olunmasına əsas verən inzibati xətaların siyahısının genişləndirildiyini açıqlayıb. Onun sözlərinə görə, İnzibati Xətalar Məcəlləsindəki müvafi

Müharibə yenidən alovlandı: İranda 80 hədəf VURULDU

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı silsilə güclü zərbələr endirməyə başladığını bəyan edib. xəbər verir ki, qurumun "X" sosial şəbəkəsində yaydığı məlumata görə, əməliyyat İranın Hörmüz boğazından keçə

Rusiyanın bu qərarı Azərbaycanda da tətbiq olunacaq? - VACİB AÇIQLAMA

"Rusiyada müqaviləli hərbçilərin və səfərbərliklə xidmətə çağırılan şəxslərin tibbi müayinəsi qaydalarında nəzərdə tutulan dəyişikliklərin Azərbaycanda tətbiqi üçün hazırda hər hansı zərurət yoxdur". Bu fikri mövz

Paşinyanın Konstitusiya planı: Azərbaycanın tələbi yerinə yetiriləcək?

Ermənistanda yeni Konstitusiyanın hazırlanması prosesi ilə bağlı müzakirələr davam edir. Baş nazir Nikol Paşinyan bildirib ki, ölkənin yeni Konstitusiya layihəsi bu ilin sonunadək ictimaiyyətə təqdim olunacaq. Paşinyan brifin

Rusiyada benzin tapmaq çətinləşir: Böhranın səbəbləri açıqlandı

Rusiyada yanacaq böhranı getdikcə daha da dərinləşir. Ölkənin müxtəlif regionlarında benzin qıtlığı müşahidə olunur, yanacaqdoldurma məntəqələrinin qarşısında uzun növbələr yaranıb. . Novorossiysk şəhərində benzin tamamil

Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi

Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə -a Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirili

İlham Əliyev Malavi liderini təbrik etdi

Prezident İlham Əliyev Malavi Respublikasının Prezidenti Artur Piter Mutarikaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Malavi Respublikasının milli bayramı – Müstəqilli


yeni xeberler azerbaycan xeberleri son xeberler son xəbərlər azərbaycanda xabarlar azerbaycan son xeber bugun sou xeberler bugun