Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpasında enerji səmərəliliyinə diqqət yetirir
Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərdə şəhərlərin bərpası zamanı enerji səmərəliliyi məsələlərinə böyük diqqət yetirir.
Bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bu gün Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən panel müzakirədə deyib.
"İşğaldan azad edilmiş ərazilərdəki yeni yaşayış və inzibati binalar ən yüksək "yaşıl tikinti" standartlarına cavab verəcək. Günəş panelləri, intellektual enerji təchizatı sistemləri sıfırdan tətbiq olunacaq", - o bildirib.
E.Hüseynov qeyd edib ki, işğaldan azad edilmiş ərazilər müasir, dayanıqlı və sabit şəhər mühitinin yaradılması üçün böyük potensiala malikdir. Orada inşa edilən müasir yaşayış məntəqələri təkcə region üçün deyil, həm də bütün dünya üçün nümunə olacaq.
"Şəhərlərin dayanıqlılığı planlaşdırmanın əsasını təşkil edir. Bu, Azərbaycanın COP29-da sədrliyinin çoxsahəli fəaliyyət planının dayanıqlı və sağlam şəhərlərin yaradılması üzrə məqsədlərinə uyğundur", - o vurğulayıb. / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb