Azərbaycan-İtaliya əlaqələrinə həsr olunmuş konfrans keçirildi
ADA Universitetində "Azərbaycan-İtaliya: Çoxtərəfli strateji tərəfdaşlığa gedən yol" adlı konfrans keçirilib.
KONKRET.azxəbər verir ki, konfransda çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, 1992-ci ilin yanvarında İtaliya Azərbaycanın müstəqilliyini tanıyıb, elə həmin ilin may ayında isə ölkələr arasında diplomatik əlaqələr qurulub.
Nazir deyib ki, əslində iki ölkə arasında münasibətlərin tarixi kökləri var: "Azərbaycanın ötən əsrin 90-cı illərində müstəqilliyini qazanması münasibətlərin inkişafında yeni səhifə oldu. İtaliya Cənubi Qafqazda ilk səfirliyini Bakıda açdı".
Onun sözlərinə görə, Azərbaycan və İtaliya bir-birlərinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü tanıyır, dəstəkləyir.
Ceyhun Bayramova diqqətə çatdırıb ki, Azərbaycan Cənubi Qafqazda İtaliyanın ən böyük ticarət tərəfdaşıdır, bu, regionun 95 faiz iqtisadi əməkdaşlığını təşkil edir. Nazir əlavə edib ki, 113 İtaliya şirkəti Azərbaycanda fəaliyyət göstərir.
Tədbir çıxışlarla başa çatıb.

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti