Azərbaycan kəndlərinə hücum olarsa, türk ordusu dərhal "girəcək"

Azərbaycan kəndlərinə hücum olarsa, türk ordusu dərhal 1965-ci ildə gizli erməni terror ordusu ASALA formalaşmışdır. Hətta təşkilatın komandanlığı "Mets yeğerni"nin 50 illiyi və "xalq qəhrəmanı" Andronikin anadan olmasının 100 illiyini eyni günə (24 aprel 1965-ci il) salaraq, türk qırğınları törətmək planını cızmışdılar.
KONKRET.az axar.az-a istinadən xəbər verir ki, plana görə, 24 aprel günü silahlı dəstələr Ermənistandakı azərbaycanlı kəndlərinə hücum etməli, dinc əhalini kütləvi surətdə qırmalı idi. Eyni vaxtda Türkiyə sərhədlərində pozuculuq edib, hücumlar etmək, qırğınlar törətmək planlaşdırılırdı. Həmin vaxt radio və televiziya ilə bütün dünyaya elan etməli idilər ki, guya gizli silahlanmış azərbaycanlılar erməni kəndlərinə hücum etmişlər və bunlara kömək məqsədilə türk ordusu sərhəddi pozub sovet sərhədçilərinə hücuma keçmişdir.
Planda ASALA ümid edirdi ki, Sovet ordusu münaqişəyə qoşulacaq, bu məqamdan istifadə edib Türkiyənin müəyyən torpaqlarını – Qars, Ərdəhan, İğdır və s. vilayətlərini – tutmaq mümkün olacaq.
Bu məqamda plandan duyuq düşən insanlar Gürcüstandan və Azərbaycandan Moskvaya teleqramlar vurdular. Dövlət təcili tədbir görmək məcburiyyətində qaldı. Bütün erməni və Azərbaycan kəndlərinə milis və hərbçilər yerləşdirildi, orduya sayıq olmaq tapşırığı verildi.
Ermənilər məcbur olub bu mənfur plandan əl çəkdilər. Lakin İrəvandakı Lenin meydanında mitinq keçirildi. Hərbi hissədən mitinqçilərə dağılmaq əmri gələndə, başda keşiş Vazgen olmaqla, nümayişçilər ayaqqabılarını əllərinə alıb, Eçmiədzin kilsəsinə yürüş etdilər (30 km-dən artıq yoldur). Sonrakı günlər isə – 1965-ci ilin 23-24-25-ci apreli – keçirilən tədbirlər kulminasiya nöqtəsinə çatdı.
İrəvan şəhərinin erməni əhalisi küçələrə çıxaraq "soyqırım" qurbanlarının xatirəsinə ucaldılmış memorialın tikinti yerinə doğru axışırdı.
Nümayişçilərin önündə katolikosla birlikdə respublikanın rəhbərləri addımlayırdı. Kütlənin başı üzərində qara parça ilə örtülmüş rəmzi tabut və
"Böyük Ermənistan"
"Qoparılmış ərazilər Ermənistana qaytarılmalıdır!"
"İntiqam!"
sözləri yazılmış şüarlar aparılırdı.
Bu hadisədən sonra Ermənistan SSR-in azərbaycanlı əhalisi sıxışdırılmağa başlanıldı, xüsusən İrəvanda, Leninakanda, Kirovakanda, Qafanda avtobuslarda, bazarlarda, ictimai yerlərdə azərbaycanlılar təhqir olunur, döyülürdü. Toplanan pullar Eçmiəzdin kilsəsinin adı ilə xarici banklara daxil edilirdi.
1965-ci ildə yalançı "erməni soyqırımı"nın 50 illiyini keçirərkən ermənilər açıq-açığına bəyan edirdilər ki, "Böyük Ermənistan" uğrunda 40 milyard ABŞ dolları dəyərində pul toplamışlar. Onlar etiraf edirdilər ki, pul toplamaqda məqsəd Türkiyədən və İrandan (Cənubi Azərbaycan nəzərdə tutulurdu) "erməni torpaqları"nı almaqdır.
Məhz bu pulla daşnaqlar terrorçu erməni ordusu ASALA-nı yaratdılar.
Bu pullar isə türk diplomatlarının qətli, dünyanın neçə ölkəsində terror aksiyaları, yüzlərlə günahsız insanın ölümü, erməni kilsəsinin terrorun başına keçməsinə şərait yaratdı.

Siyasi       Tarix: 24 aprel 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler azerbaycan havanın temperaturu xəbər.az xəbər az