Azərbaycan lideri İranın yeni seçilmiş Prezidentini təbrik etdi
Prezident İlham Əliyev İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkiana təbrik məktubu ünvanlayıb.
azxeber.com xəbər verir ki, təbrik məktubunda deyilir:
"Hörmətli cənab Pezeşkian,
İran İslam Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Biz Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ortaq dini-mədəni köklər, dostluq və qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş münasibətlərə böyük əhəmiyyət veririk. Ötən onilliklər ərzində qarşılıqlı faydalı əməkdaşlığımızın bütün sahələrdə, xüsusilə də iqtisadiyyat, nəqliyyat, energetika və humanitar sahələrdə dinamik inkişaf edərək bugünkü səviyyəyə yüksəlməsi və yeni məzmun kəsb etməsi bizi sevindirir.
Bu gün qarşılıqlı hörmətə və mehriban qonşuluğa əsaslanan Azərbaycan-İran əlaqələrinin gələcək inkişaf istiqamətlərinə dair əldə edilmiş razılaşmalar, icra olunan birgə layihələr ölkələrimizin rifahına, bütövlükdə regionun davamlı inkişafına və təhlükəsizliyinə xidmət edir.
Əminəm ki, birgə səylərimizlə xalqlarımızın və ölkələrimizin mənafeləri naminə Azərbaycan ilə İran arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, qarşılıqlı maraq doğuran əməkdaşlığın genişlənməsinə nail olacağıq.
İkitərəfli əməkdaşlığımızın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparmaq məqsədilə Sizi Azərbaycana səfərə dəvət edirəm.
Sizə ən xoş arzularımı çatdırır, dost və qardaş İran xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək