Azərbaycan məktəbliləri EGOI 2026-da iki medal qazanıblar
İtaliyanın Çezenatiko şəhərində keçirilən Avropa Qızlar Olimpiadasında (EGOI 2026) məktəblilərimiz uğurlu nəticələr əldə ediblər. 67 ölkədən 242 məktəbli qız şagirdin iştirak etdiyi beynəlxalq olimpiadada Azərbaycan komandası iki medal qazanıb.
azxeber.com xəbər verir ki, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin XI sinif şagirdi Rahidil Bayramlı və həmin liseyin X sinif şagirdi Xədicə Məhərli olimpiadada yüksək nəticə göstərərək bürünc medala layiq görülüblər.
2017-ci ildən etibarən məktəblilərimizin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesi Azercell Telekom, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. 2022-ci ildən başlayaraq qızlardan ibarət milli olimpiada komandası da şirkətin dəstəyi ilə xüsusi hazırlıq proqramlarına qatılır.
Hazırlıq proqramları çərçivəsində məktəblilərin nəzəri və praktiki biliklərinin inkişafına xüsusi diqqət yetirilir. Eyni zamanda, onların beynəlxalq yarışlarda iştirakının təşviqi və gələcək İT mütəxəssisləri kimi formalaşmasına dəstək göstərilir. Bu təşəbbüs Azərbaycanın beynəlxalq elm və texnologiya platformalarında uğurla təmsil olunmasına da mühüm töhfə verir.

Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
İnfantino Samir Şərifov və Rövşən Nəcəf bir arada
Bakıda FIFA DÇ həyəcanı başlayır
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq