Azərbaycan Mərkəzi Bankından Ermənistan üçün ianə toplayan Rusiya bankına sərt ETİRAZ
Azərbaycan Mərkəzi Bankından Ermənistan üçün ianə toplayan Rusiya bankına sərt ETİRAZ
Azərbaycanın Dağlıq Qarabağ bölgəsində separatçılıq yolu ilə yaradılmış, dünya ictimaiyyəti tərəfindən tanınmayan və qəbul edilməyən qondarma "Dağlıq Qarabağ Respublikası" üçün yardım toplanılması prosesində Rusiya Federasiyasında fəaliyyət göstərən "Sberbank"ın iştirak faktı aşkarlanıb.
Bu barədə məlumat Mərkəzi Bank tərəfindən verilib.
Bank tərəfindən aparılmış monitorinqlər zamanı müəyyən olunub ki, sözügedən yardımlar "Sberbank"da olan müxbir hesabları vasitəsilə müxtəlif valyutalarda "Donation We and our borders", "Финансовая помощь Мы и наши границы", "Арцах" və ya "Artsakh" təyinatları adı altında həyata keçirilir.
Bununla əlaqədar Azərbaycan Mərkəzi Bankı tərəfindən həm Rusiya Mərkəzi Bankına, həm də "Sberbank"a sərt etiraz məktubu göndərilib.
Məktubda ölkələrimiz və qurumlarımız arasında formalaşmış əməkdaşlıq əlaqələrinin əhəmiyyətini nəzərə almaqla beynəlxalq hüquq normalarını rəhbər tutaraq, təcavüzkarın maliyyələşdirilməsi üçün vəsaitlərin toplanması prosesində "Sberbank"ın iştirakına qətiyyətlə etiraz edilib.
"Sberbank"da açılmış hesablar üzərindən aparılan əməliyyatların işğal olunmuş ərazilərdə gedən proseslərə neqativ təsirini nəzərə alaraq, Azərbaycan Mərkəzi Bankı bu faktın Azərbaycan Respublikasının maraqlarına zidd olduğunu qarşı tərəfin diqqətinə çatdırıb və "Sberbank"ın, habelə Rusiya Federasiyasında fəaliyyət göstərən digər maliyyə qurumlarının bu prosesdə iştirakının dərhal dayandırılması tələb edilib.
Məktubda belə bir həsas məqamda üçüncü tərəfin ərazisində qanunazidd fəaliyyət göstərən bir rejimə yardım edilməsi prosesində iştirakın ölkələrimiz arasında formalaşmış müsbət əməkdaşlıq ilə yanaşı, "Sberbank" kimi nüfuzlu bankın imicinə də ciddi zərbə vuracağı xüsusilə vurğulanıb.
Belə ki, Azərbaycanın işğal edilmiş ərazilərində Azərbaycan hökuməti ilə razılaşdırılmamış hər hansı iqtisadi fəaliyyətin həyata keçirilməsi beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunvericiliyinə ziddir. /oxu.az

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR