Azərbaycan mina problemi ilə bağlı işlərin maliyyəsinin 95 faizini özü qarşılayıb
Azərbaycanda minatəmizləmə ilə bağlı konfransın keçirilməsi bu məsələnin işıqlandırılması və beynəlxalq ictimaiyyətin diqqətini çəkmək üçün yaxşı fürsətdir.
Bunu jurnalistlərlə söhbətində Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov deyib.
O qeyd edib ki, tədbirdə 300-dən çox beynəlxalq ekspert iştirak edib: "Fikrimcə, bir çox ölkələr artıq yardım üçün marağını ifadə edib, Səudiyyə Ərəbistanı da bu ölkələrdən biridir. Avropa İttifaqı bu yardımın böyüdülməsi istiqamətində işlər görməyə hazır olduğunu bildirib. Azərbaycan mina problemi ilə bağlı öz məsuliyyətini dərk edərək minatəmizləmə ilə bağlı işlərin maliyyəsinin 95 faizini özü qarşılayıb".
E.Əmirbəyov vurğulayıb ki, beynəlxalq ictimaiyyət mina probleminin aradan qaldırılmasına lazımi diqqəti yetirməlidir.
"Ermənistanın humanitar və mənəvi borcudur ki, mina xəritələrini tam şəkildə Azərbaycana versin. Biz bilirik ki, Ermənistanın indiyə qədər bizə verdiyi mina xəritələrində doğruluq faizi çox azadır, ona görə də ANAMA və digər qurumlar tərəfindən onlar nəzərə alınmır", - E.Əmirbəyov deyib.
///Report

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
"Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs 'Trendyol'da