Azərbaycan minik avtomobillərini hansı ölkələrdən alır? - TOP 10

Azərbaycan minik avtomobillərini hansı ölkələrdən alır? - TOP 10Azərbaycan minik avtomobillərini hansı ölkələrdən alır? - TOP 10
Azərbaycanın idxal etdiyi minik avtomobillərinin ölkələr üzrə bölgüsü təqdim edilib.  
Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatlara əsasən, burada istehlakçıların minik avtomobillərində daha çox hansı mühərrik növünə və həcminə üstünlük verdikləri də öz əksini tapıb.
2021-ci ilin fevral ayının statistik göstəricilərinə əsasən, istehlakçılar daha çox mühərrikinin həcmi 1500-3000 kub santimetr olan minik avtomobillərinə üstünlük veriblər. Yanvar ayı ərzində 1 981 ədəd bu cür minik avtomobili idxal edilib. Ən aşağı tələb isə mühərrikinin həcmi 1000 kb/s-dən az və 3000 kb/s-dən çox olan minik avtomobillərinə olub.  
Azərbaycanın minik avtomobili idxal etdiyi ilk 10 ölkələnin siyahısı aşağıdakı kimidir:
Almaniyadan ümumi dəyəri 12 milyon 934,58 min dollar olan 889 ədəd avtomobil idxal edilib. Onlardan 557-i (10 milyon 832,48 min dollar dəyərində) qığılcımla alışan DYM-li, 332-i isə (2 milyon 102,1 min dollar dəyərində) sıxılmaqdan alışan DYM-li (dizel) olub.
Koreya Respublikasından ümumi dəyəri 5 milyon 852,28 min dollar olan 961 ədəd minik avtomobili idxal edilib. Onlardan 336-i (1 milyon 882,16 min dollar dəyərində) qığılcımla alışan daxili yanma mühərrikli, 625-i (3 milyon 970,12 min dollar dəyərində) dizel mühərrikli minik avtomobilləri olub.
ABŞ-dan 6 milyon 587,01 min dollar dəyərində 769 ədəd ədəd minik avtomobili idxal edilib. Onlardan 758-i (6 milyon 391,01 min dollar dəyərində) qığılcımla alışan daxili yanma mühərrikli, 11-i dizel mühərrikli olub (192 min dollar).  
Rusiyadan 2 milyon 239,72 min dollar dəyərində 217 ədəd qığılcımla alışan minik abvtomobilləri idxal olunub.   
Meksikadan ixdal edilən 1 milyon 458,28 min dollar dəyərində 174 ədəd minik avtomobillinin hər biri qığılcımla alışan daxili yanma mühərrikli yüngül nəqliyyat vasitələri olub.
Yaponiyadan 2 milyon 403,07 min dollar dəyərində 141 ədəd minik avtomobili idxal edilib. Onlardan 102-i (1 milyon 718,63 min dolllar dəyərində), 39-u dizel mühərrikli (614,44 min dollar dəyərində) olub.  
Türkiyədən 636,96 min dollar dəyərində 97 ədəd minik avtomobili idxal edilib. Minik avtomobillərindən 37-si qığılcımla alışan daxili yanma mühərrikli (441,46 min dollar dəyərində), 60-ı dizel mühərrikli (194,5 min dollar dəyərində) olub.
Çindən 1 milyon 493,66 min dollar dəyərində 97 ədəd minik avtomobili idxal olunub. Onlardan 71-i qığılcımla alışan daxili yanma mühərrikli (171,77 min dollar dəyərində), 23-ü dizel mühərrikli (onların ümumi dəyəri 321,89 min dollar) olub. 
Böyük Britaniyadan 2 milyon 69,19 min dollar dəyərində 92 ədəd minik avtomobili idxal edilib. Onlardan 30-u qığılcımla alışan daxili yanma mühərrikli (ümumi dəyərləri - 1 milyon 774,39 min dollar), 65-i dizel mühərrikli (ümumi dəyərləri - 564,8 min dollar) olub.
Slovakiyadan 993,77 min dollar dəyərində 76 ədəd minik avtomobili idxal edilib. Onlardan 36-ı qığılcımla alışan DYM-li (ümumi dəyərləri - 846,07 min dollar), 40-ı dizel mühərikli (ümumi dəyərləri 147,7 min dollar) olub.
Mühərrikinin növünə görə istehlakçıların əksəriyyəti qığılcımla alışan daxili yanma mühərrikli minik avtomobillərinə üstünlük verib. Dizel mühərrikli avtomobillərin idxal həcmi 2 dəfə az olub. Ümumilikdə Azərbaycan 24 ölkədən minik avtomobili idxal edib. 
Nigar Məmmədova

Sosial       Tarix: 26 mart 2021
f Paylaş

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu gun krimnal bugun son xabar meherremlik 2026