Azərbaycan Müdafiə Nazirliyi Ermənistanla bağlı məlumat yaydı
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi bəyanat yayıb.
KONKRET.az xəbər verir ki, bəyanatda deyilir:
"Azərbaycan Respublikasının Müdafiə Nazirliyi son günlərdə Ermənistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətməsi barədə məlumatlar vermişdir.
Qeyd edək ki, Ermənistan tərəfindən bu kimi təxribatların törədilməsi birinci hal deyildir və davamlı xarakter daşıyır. Amerika Birləşmiş Ştatlarının Ermənistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermənistanı öldürücü silahlarla təchiz etməsi və Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" adı altında Ermənistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermənistanı bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti müharibəyə hazırlaşdırılmasına dəlalət edir.
Müdafiə Nazirliyi bir daha xəbərdarlıq edir ki, Ermənistan və onunh avadarları Cənubi Qafqaz regionunda yeni müharibə ocağı yaratmaq kimi niyyətlərindən çəkinməlidirlər. Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vasitələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görüləcəkdir.
Bildiririk ki, regionda vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcəkdir".
Turlar.az [newsid: 0-123300]

BMT-nin Baş katibindən yeni virusla bağlı TƏCİLİ AÇIQLAMA
Netanyahudan SENSASİYA: Xamenei sağdır və görün harda gizlənib
SON DƏQİQƏ: Bakıda partlayış olub
Göygöldə ağır qəza - Beş nəfər xəsarət aldı
Qatarda 6 meyit AŞKARLANDI - BU ÖLKƏDƏ
Heydər Əliyev - xalqın qəlbində yaşayan Lider
Əsəbiləşdi, dedi ki, səninlə Bakıda danışacağıq' - Heydər Əliyevin fotoqrafı
İCMA üzvləri Fəxri xiyabanı ziyarət etdilər - FOTO
Prezident: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq xalqımıza məxsusdur
Həmzət Çimayev UFC-dəki titulunu itirdi
Patriarx Kirill AB-nin 21-ci sanksiyalar paketinə daxil edilə bilər
43 ildir buna görə evlənmirlər
Lukaşenko Belarus ordusunu quru əməliyyatlarına hazır olmağa çağırdı