"Azərbaycan müharibəni udub və prezident Əliyevin çoxlu variantları var" - Erməni diplomatdan hökumətə ETİRAZ

Uzun müddət Ermənistanın keçmiş prezidenti Levon Ter- Petrosyanın müşaviri vəzifəsində çalışan Jirayr Libaridyan hökumətin xarici siyasət kursunu kəskin tənqid edib.
ABŞ-da Erməni Tədqiqatları və Milli Assosiasiyasında çıxışı zamanı diplomat bəzi maraqlı məqamlara toxunub və Qarabağı dünya birliyinin Azərbaycanın tərkib hissəsi kimi tanıdığını deyib: "Fakt odur ki, beynəlxalq ictimaiyyət, BMT Təhlükəsizlik Şurasından başlayaraq Minsk qrupu və ATƏT daxil olmaqla dostlarımız – Rusiya, İran, Yunanıstan, Kipr və Fransa daxil olmaqla hamısı deyir ki, Qarabağ müstəqil olmayacaq, heç zaman Qarabağın müstəqilliyini tanımayacaqlar və Azərbaycanın tərkib hissəsidir. Bu, beynəlxalq ictimaiyyətin Ermənistana açıq mesajıdır. Biz isə fərqli mövqe nümayiş etdirərək, buna qulaq asmaq əvəzinə özümüzə qulaq asdıq. Heç kim bizə köməyə gəlmir və gəlməyəcək, ona görə də Qarabağda nə baş verdiyini heç kim gözlərilə görmək istəmir. Təsəvvür edin, BMT TŞ-nin 5 üzvündən dördü – ABŞ, Böyük Britaniya, Fransa və Rusiya hər gün Qarabağın blokadasından guya narahatlıq ifadə edirlər. Amma ortada bir şey yoxdur".
Libaridyan Azərbaycanla sülh müqaviləsinin perspektivinə də toxunub, bunu mümkün hesab edib:
"İndi Ermənistan elə vəziyyətdədir ki, bunu istəyirəm, onu istəyirəm deməyə haqqımız yoxdur. Məncə, Azərbaycanla razılığa gəlib sülh müqaviləsini imzalamaq lazımdır. Biz hər dəfə qarşımıza qeyri-adi məqsədlər qoyanda daha çox itirirk. Azərbaycan müharibəni udub və prezident Əliyevin çoxlu variantları var. Elə hərəkət edirik, guya müharibəni udan tərəf bizik. Müharibədən dərhal sonra İlham Əliyevin təklif etdiyi indi təklif etdiyindən qat-qat yaxşı idi", – deyə Libaridyan bildirib.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 16 sentyabr 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

5-6 noyabr tarixlərində Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bolqarıstanda səfərdə olub. Bu barədə -a Xarici İşlər Nazirliyindən (XİN) məlumat verilib. Bildirilib ki, səfər zamanı Sofiya şəhərində Azərbayca

Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"

ABŞ senatoru Ted Kruz Texas ştatında Demokratlar Partiyasının qazandığı tarixi qələbələri şərh edərək bildirib ki, seçicilərin bir hissəsi qəzəb və narazılıq səbəbindən Respublikaçılara səs verməyib. O, Texasın yenidən Respublikaçıları

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar

Ərdoğan 8 Noyabr Zəfər günündə Azərbaycana gəlməyi planlaşdırır. Azərbaycan-Türkiyə qardaşlıq və strateji münasibətləri fonunda Ərdoğanın Bakıya gəlişi hər zaman təbii hadisə olub. Hərçənd, bu dəfəki səfər Bakı-Ankara xəttind

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Ərdoğan: Birdir bizim hər halımız; sevincimiz, kədərimiz; bayraqlarda hilalımız

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X"dəki hesabında Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü barədə videoçarx paylaşıb. xəbər verir ki, Ərdoğan paylaşımına "Birdir bizim hər halımız; sevincimiz


azerbaycan xeberleri yeni xeberler son xeberler enson xeberler kriminal xeberler krminal bu gun cəbhədən şad xəbər